"XızıAbşeron" Külək Elektrik Stansiyası 300 min evi işıqlandıracaq


Digərləri 15 Yan 2022 16:22:00 136 0

"XızıAbşeron" Külək Elektrik Stansiyası 300 min evi işıqlandıracaq

Ötən gün təməlqoyma mərasimi keçirilən "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının qurulması üçün hər şey hazır vəziyyətə gətirilib. Stansiyanın bir hissəsinin tikintisi üçün Abşeron rayonunda da ərazi ayrılıb.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, "Xızı-Abşeron" Külək Elektrik Stansiyası ölkəmizin enerji təhlükəsizliyinə, yeni iş yerlərinin yaradılmasına və ətraf mühitin qorunmasına da öz müsbət töhvəsini verəcək. 

Energetika Nazirliyinin mətbuat xidmətinin rəisi Cahid Məlikov bildirib ki, layihə Xızı və Abşeron rayonları ərazisində həyata keçiriləcək. Hər birinin gücü 6.5 meqavat gücə malik turbinlərdən istifadə ediləcək.

Layihənin 2023-cü ildə başa çatdırılması planlaşdırılır. 

Qeyd edək ki, Azərbaycan bu gün "Yaşıl gündəliyə'' keçidi qarşısına məqsəd qoyub və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi istiqamətində əməli addımlar atır. Bunun nəticəsidir ki, işğaldan azad olunmuş ərazilərə də alternativ enerji mənbəyi kimi baxılır.Bu məqsədlə işğaldan azad edilmiş əraziləridə 10 min kvadratkilometr ərazi "yaşıl enerji" zonası elan edilib. Artıq bir neçə su elektrik stansiyası inşa edilib. Cəbrayil rayonunda 240 meqavat gücə malik günəş, eyni zamanda, digər ərazilərdə isə külək elektrik stansiyasının yaradılması ilə bağlı konkret planlar var. Bu ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür.