Kürdüstan partiyasının sözçüsünə suiqəsdi cəhdi oldu


Dünya 15 Yan 2022 14:45:00 192 0

Kürdüstan partiyasının sözçüsünə suiqəsdi cəhdi oldu

İraqın paytaxtı Bağdadda Kürdüstan Demokratik Partiyasının (KDP) sözçüsü Mehdi Əbdülkərim Feylinin olduğu avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Feyli sui-qəsd cəhdindən hər hansı xəsarət almadan xilas ola bilib.

Ancaq avtomobilə ciddi ziyan dəyib.