Onlara bənzəmək üçün əməliyyat olunurlar...


Şou-biznes 15 Yan 2022 13:22:00 133 0

Onlara bənzəmək üçün əməliyyat olunurlar...

Gözəllik anlayışı geniş mənaya sahibdir. Hər kəsin mükəmməl görünüşdə olan modeli fərqlidir. Məsələn, kimisi Rihannanın burnunu, kimisi isə Kendal Cennerin sinəsini bəyənir. Bəzən isə bəyəndikləri simalara bənzəmək üçün bıçaq altına yatırlar.

Məsələn, illərdir Cennifer Lopezin bədən quruluşu çox xanımı qısqandır və onun kimi görünmək üçün estetik əməliyyat etdirirlər.

Bəs indiki dövrdə estetik trendlərini yönləndirən məşhurlar kimlərdir?

Son.az olaya-a istindən həmin tanınmışların siyahısını təqdim edir.

Britaniya şahzadəsi Harri ilə evləndikdən sonra daha da populyarlaşan aktrisa Meqan Marklın burnu çox xanımın xəyalıdır. Onun dik, təbii, qismən əyri burnu  üçün həkimlərə müraciət edən qadınların sayı az deyil. Həm də Meqanın simasına xüsusi fərqlilik qatan çilləri də trendlər sırasına daxil olub. Lakin narahat olmayın. Buna görə əməliyyat olunmağınıza ehtiyac yoxdur. Döymə etdirərək də həmin çillərə sahib ola bilərsiniz.

Emili Ratajkovskinin göbək dəliyi də estetik trendlərində yer alır. Bu detal onu daha uzun və arıq göstərir.

Meqanın burnuna rəqib kimi Dünya ulduzu Rihannanın adını çəkə bilərik. Hətta o, siyahıda ilk sıralarda yer alır. Onunla bərabər Markl və Castin Biberin adı qeyd  olunur. Rihannanın düz, ucu əyri olan, üzünə xüsusi rəng qatan burnu çoxları üçün bir xəyaldır.