Dünyada koronavirusa yoluxanların sayı 324 milyonu keçdi


Dünya 15 Yan 2022 09:30:00 155 0

Dünyada koronavirusa yoluxanların sayı 324 milyonu keçdi

Dünyada 324 355 437 nəfərdə koronavirus aşkarlanıb.

Virusdan 5 547 658 xəstə ölüb, 265 332 870 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (66 209 535 nəfər), Hindistan (36 850 962 nəfər), Braziliya (22 927 203 nəfər), Böyük Britaniya (15 066 395 nəfər) və Fransadır (13 569 675 nəfər).

Rusiyada 10 747 125, Türkiyədə 10 339 097, İranda 6 217 320, Gürcüstanda 984 802, Ermənistanda isə 347 084 nəfərdə koronavirus aşkar edilib.