Mümkün təhlükənin qarşısını almaq üçün


Siyasət 15 Yan 2022 10:16:00 134 0

Mümkün təhlükənin qarşısını almaq üçün

"Azərbaycanda alternativ enerji generasiyasının inkişaf etdirilməsi şübhəsiz ki, ölkəmizin enerji balansına dəstək nöqteyi nəzərdən, enerji balansının təminatı baxımından mühümdür".

Bunu Son.az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib.

O bildirib ki, alternativ enerji mənbəyi ölkəmizdə daha da inkişaf etdirilməlidir:

"Etiraf etmək lazımdır ki, enerjiyə təlabatın artması ənənəvi enerji generasiyasında müəyyən çətinliklərin meydana çıxmasını şərtləndirə bilər. Ona görə də yardımçı sistem olaraq alternativ enerji mənbəyinin inkişaf etdirilməsinə böyük ehtiyac var. Nəzərə almaq lazımdır ki, Azərbaycanda ilbəil enerji istehlakı artır. Bu, həm demoqrafik amillərlə bağlıdır, həm ölkə iqtisadiyyatında sənayeləşmənin idxaldan asılılığının azaldılmasının həyata keçirilməsi olduqca zəruridir ki, bu istiqamətlərdəki inkişaf da xeyli dərəcədə ölkəmizdə enerji istehlakının artmasını, enerjiyə təlabatın yüklənməsini şərtləndirəcək. 

Bütün bunlar onu deməyə əsas verir ki, alternativ enerji generasiyası inkişaf etdirilməlidir. Lakin bu o demək deyil ki, biz ənənəvi enerji generasiyasından imtina etməliyik. Çünki alternativ enerji generasiyası fasiləsiz hesab oluna bilməz. Ən azından hazırki dövrdə və yaxın onilliklər ərzində. Ona görə də mən düşünürəm ki, məhz ənənəvi enerji mənbəyinə dəstək olaraq biz alternativ enerji imkanlarının ölkəmizdə inkişaf etdirilməsinə, reallaşdırılmasına nail olmalıyıq. Külək enerji mənbəyinin ölkəmizdə inikişafı da məhz bu məqsədlərə xidmət etməlidir".

Təhməz Əsədov Son.az