Bakıda gənc qızı avtomobil vurub


Digərləri 15 Yan 2022 08:23:00 127 0

Bakıda gənc qızı avtomobil vurub

Bakının Suraxanı rayonunda yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Nəcəfova Günel Ağarza qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.