Fransa "Novavax"a icazə verib


Dünya 15 Yan 2022 07:25:00 177 0

Fransa "Novavax"a icazə verib

Fransa Ali Səhiyyə Komitəsi (HAS) ABŞ-ın "Novavax" şirkəti tərəfindən istehsal olunan "Nuvaxovid" dərmanını koronavirusa qarşı peyvənd kampaniyasının bir hissəsi kimi istifadə etməyi tövsiyə edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə müvafiq açıqlama Komitənin saytında dərc olunub.

Bildirilib ki, bu dərman təsdiqlənmiş digər dörd dərmandan biri ilə ilk dozasını vurduranlar üçün ikinci doza kimi də istifadə oluna bilər. Eyni zamanda, Komitə "Nuvaxovid" dərmanını revaksinasiya üçün istifadəsini tövsiyə etmir, çünki bu dərmanın istifadəsi ilə bağlı hələ də az məlumat var və EMA-dan lazımi icazə yoxdur.

Bundan əlavə, qurum "Janssen" şirkətinin istehsalı olan dərmanın əhalinin revaksinasiyası üçün istifadəsini təsdiqləyib.