Mövsüm dəyişikliyinin səbəb olduğu xəstəliklər


Digərləri 14 Yan 2022 23:30:00 80 0

Mövsüm dəyişikliyinin səbəb olduğu xəstəliklər

Günəş şüalarının isbat olunmuş bir sıra faydaları var və insan orqanizmi üçün çox böyük əhəmiyyət daşıyır. Gün işığı depressiyanı aradan qaldırır, eləcə də sümüklərin güclənməsinə, beynin normal fəaliyyətinə xidmət edir. Gün ərzində 10-15 dəqiqə Günəş şüalarından yararlanmaq olar.

Lakin Günəşin faydası ilə yanaşı, onun zərərləri də var. Soyuq havanın orqanizm üçün əks təsirləri mövcuddur. Son günlər isə əhali arasında, xüsusilə respirator viruslar, eləcə də qrip yayılıb. Özünü uzunmüddətli yüksək hərarət, ishal, qusma kimi əlamətlərlə göstərən xəstəliklər daha çox narahatlığa səbəb olur. Əsasən azyaşlı uşaqlarda müşahidə edilən əlamətlər yeni növ koronavirusa (COVID-19) bənzəsə də, yoxlamaların nəticəsi bunun əksini göstərir. Bəzən həmin halların səbəbi soyuq hava ilə əlaqələndirilsə də, mütəxəssis rəyləri fərqlidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatr Telman Aytayev yayılan qrip xəstəlikləri barədə deyib: "İnfluenza" infeksion xəstəlikdir. İlk növbədə qızdırmaya nəzarət etmək, onun 38 dərəcədən aşağı olmasına çalışmaq, çoxlu maye qəbul etmək lazımdır. İmmunitetin güclü olması infeksiyanın qarşısını alan ən başlıca amildir".

Mövsüm dəyişməsi zamanı ilə əlaqədar ürək-damar, tənəffüs sistemi və bəzi xroniki xəstəliklər də fəallaşır. Bu isə daha diqqətli olmağı tələb edir. Hospitalın həkim-terapevti Nərgiz Kərimova isə bildirib: "Təzyiqin yüksəlməsi və tənəffüs sistemi xəstəlikləri xüsusilə narahatlıq doğurur. Onlardan bronxial astma və allergik xəstəliklərin artması daha çox müşahidə edilir. Həmin xəstəliklər hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq daha çox təsir edir. Ona görə də təzyiq dərmanlarının və digər preparatların vaxtlı-vaxtında qəbul edilməsi, allergen təsirlərə malik maddələrdən uzaq olmaq və çoxlu maye içmək məsləhətdir".

Beləliklə, bu dövrdə orqanizmin immunitetini yüksək səviyyədə saxlamaq üçün tətbiq edilən üsullar sadə olsa da, ona əməl etmək hər kəsin özündən asılıdır.

Həkimendokrinoloq: Mütəmadi həkim nəzarətində olan prediabet xəstələrində... like
  • 14 Yan 23:25  
Digərləri Həkimendokrinoloq: Mütəmadi həkim nəzarətində olan prediabet xəstələrində...

Şəkərli diabet müasir dövrdə ən çox rast gəlinən xəstəliklərdəndir

arrow Ətraflı
Qəzada uşaq həlak olub like
  • 14 Yan 23:20  
Digərləri Qəzada uşaq həlak olub

Ağcabədi rayonunda azyaşlının ölümünə səbəb olan avtomobil qəzası b

arrow Ətraflı
Qəzada 2 nəfər xəsarət alıb  FOTO like
  • 14 Yan 23:05  
Digərləri Qəzada 2 nəfər xəsarət alıb FOTO

Ucarda heyvan tələfatı və insan xəsarəti ilə nəticələnən yol qəzası

arrow Ətraflı
KTMTdən Qazaxıstandakı vəziyyətlə bağlı açıqlama like
  • 14 Yan 23:00  
Dünya KTMTdən Qazaxıstandakı vəziyyətlə bağlı açıqlama

"Qazaxıstanda vəziyyətin normallaşması barədə danışmaq hələ tezd

arrow Ətraflı
"Brent" markalı neftin qiyməti 86 dolları ötüb like
  • 14 Yan 22:55  
Digərləri "Brent" markalı neftin qiyməti 86 dolları ötüb

"Brent" markalı neftin mart fyuçerslərinin qiyməti Londonun "

arrow Ətraflı
Zelenski üç azərbaycanlını təltif etdi like
  • 14 Yan 22:30  
Digərləri Zelenski üç azərbaycanlını təltif etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna-Azərbaycan münasibətlərinin in

arrow Ətraflı
Birmərtəbəli ev yanıb like
  • 14 Yan 22:25  
Digərləri Birmərtəbəli ev yanıb

Goranboy rayonunda yanğın baş verib.

arrow Ətraflı