Qədim Misir təbabətinin sirləri


Digərləri 14 Yan 2022 23:50:00 69 0

Qədim Misir təbabətinin sirləri

Arxeoloqlar qədim Misir məzarında unikal bir fakt aşkar ediblər. Onlar 2000 il əvvəl ölmüş qızın mumiyalanmış cəsədində kətan bintlə sarılmış yara tapıblar. Müəyyən edilib ki, qədim misirlilər ilk fironların hakimiyyətə gəlməsindən təxminən min il əvvəl, yəni 6 min il öncə kiçik cərrahiyyə əməliyyatları, o cümlədən qırıq sümüklərin birləşdirilməsi sahəsində böyük təcrübəyə malik olublar. Onlar, həmçinin papiruslarda reseptləri göstərilmiş çoxsaylı dərmanlardan istifadə ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qədim Misir təbabətinin bir çox hallarda magiya ilə əlaqələndirilməsinə baxmayaraq, tibbi tədqiqatlar müalicənin effektivliyinin və əczaçılıq kompozisiyalarının 1973-cü ildə nəşr olunan Britaniya Əczaçılıq Konstitusiyasına 37 faiz uyğun olduğunu müəyyən edib. Kahinlərin papiruslarda qeydə aldıqları tibbi mətnlərdə müayinə, diaqnoz və müalicənin müasir standartlara görə tamamilə düzgün olduğu aşkarlanıb. İlk misirlilərin anatomik bilikləri onların insan bədənini qorumaq üçün ölülərin mumiyalanmasına olan marağından irəli gəlirdi. Qədim Misir həkimi təkcə misirlilər arasında mühüm statusa malik deyildi, o, həm də böyük loğman biliyi və şöhrəti ilə Misirlə qonşu ölkələrdə də məşhur olub.

Bəzi qədim Misir əlyazmalarında böyük kahinlərdən biri İmhotepin qədim Misirdə təbabətin banisi hesab edildiyi qeyd olunur. Onun həm də heroqlif yazının yenilikçisi olduğuna inanılır. Bu səbəbdən qədim misirlilər sonrakı dövrlərdə İmhotepi "şəfa tanrısı" adlandırıblar.

Yunan tarixçisi Diodorus yazırdı ki, Qədim Misirdə həkim yetişdirmək üçün "Həyat evi' adı verilən məktəblər olub. Papiruslarda üç tibb sağlıq personalından bəhs edilir: həkimlər, bədəndən cin çıxaran kahinlər, nəbz dinləyənlər və damar xəstəliklərini müalicə edən cərrahlar. Bu cərrahlar "Sekhmet kahinləri" adlanırdı. Fironların saraylarında həkim olanlar isə xüsusi təhsil almalı idilər.

Qədim Misirdə cərrahiyyə bədəni yaracaq qədər irəliləməsə də, sünnət və boyun ətrafında bəzi əməliyyatlar aparılırdı. Sünnət isə misirlilər üçün məcburi idi və Ebers papirusuna əsasən, bu əməliyyat 14 yaşına çatmış uşaqlar üzərində aparılırdı. Bundan başqa, xəstəliklər əczaçılıq vasitələri, masaj, aromaterapiya ilə sağaldılır, eyni zamanda, pasiyentlərin müalicəsində gigiyenaya vacib şərt kimi əməl edilirdi. Müasir təbabətdə geniş istifadə olunan antibiotik dərmanlarının kökü də Misirdən gəlir. Belə ki, Qədim Misirdə infeksiyaları kifli çörək ilə müalicə edirdilər.

Azərbaycan Türkiyə münasibətləri son 30 ilin ən parlaq dövrünü yaşayır  TƏHLİL like
  • 14 Yan 23:45  
Siyasət Azərbaycan Türkiyə münasibətləri son 30 ilin ən parlaq dövrünü yaşayır TƏHLİL

Türkiyə Azərbaycan diplomatik münasibətlərinin bərpasının 30-cü ildön

arrow Ətraflı
Həkimendokrinoloq: Mütəmadi həkim nəzarətində olan prediabet xəstələrində... like
  • 14 Yan 23:25  
Digərləri Həkimendokrinoloq: Mütəmadi həkim nəzarətində olan prediabet xəstələrində...

Şəkərli diabet müasir dövrdə ən çox rast gəlinən xəstəliklərdəndir

arrow Ətraflı
Qəzada uşaq həlak olub like
  • 14 Yan 23:20  
Digərləri Qəzada uşaq həlak olub

Ağcabədi rayonunda azyaşlının ölümünə səbəb olan avtomobil qəzası b

arrow Ətraflı
Qəzada 2 nəfər xəsarət alıb  FOTO like
  • 14 Yan 23:05  
Digərləri Qəzada 2 nəfər xəsarət alıb FOTO

Ucarda heyvan tələfatı və insan xəsarəti ilə nəticələnən yol qəzası

arrow Ətraflı
KTMTdən Qazaxıstandakı vəziyyətlə bağlı açıqlama like
  • 14 Yan 23:00  
Dünya KTMTdən Qazaxıstandakı vəziyyətlə bağlı açıqlama

"Qazaxıstanda vəziyyətin normallaşması barədə danışmaq hələ tezd

arrow Ətraflı
"Brent" markalı neftin qiyməti 86 dolları ötüb like
  • 14 Yan 22:55  
Digərləri "Brent" markalı neftin qiyməti 86 dolları ötüb

"Brent" markalı neftin mart fyuçerslərinin qiyməti Londonun "

arrow Ətraflı