Günün qoroskopu: İdeyalar çoxdur, amma onlar göründükləri təki yaxşı deyillər


Digərləri 15 Yan 2022 00:01:00 146 0

Günün qoroskopu: İdeyalar çoxdur, amma onlar göründükləri təki yaxşı deyillər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Emosional fon əlverişli deyil. Ən kiçik və xırda məsələyə görə əhvalınızı pozmayın. Ünsiyyətdə o qədər də xoş olmayan insanlarla təmaslar qaçılmazdır. Onlarla əsl münasibətinizi müvəqqəti də olsa, pərdələməyə çalışın. Gərəkli əşya itə bilər. Bu, sizi hədsiz dərəcədə qıcıqlandırır.

İşdə rəhbərliklə münasibətləri korlamayın.

Önəmli qərarlar qəbul etmək üçün əlverişli gün deyil. Şəxsi münasibətlər müstəvisində səhv ehtimalı böyükdür. Nəzərdə tutulmamış vizit ola bilər. Qonaqlar çox qalacaqlar.

Buğa - Münaqişəli, gərgin gündür. Yaranan problemlərə əhəmiyyət verməməyə çalışsanız da, alınmır. Yaşananları ürəyinizə salmayın. Etibara layiq olmayan adama inanmayın. Əks təqdirdə fırıldaq və ya intriqa qurbanına çevrilərək əhəmiyyətli məbləğdə pul itirə bilərsiniz.

Mühüm qərarları özünüz qəbul edin. Məsləhətlərə kor-koranə əməl etməyin, başqalarının dediklərinə dərhal inanmayın. Böyük müqavilə və ya ciddi anlaşma, habelə alış-veriş üçün əlverişli gün deyil.

Qənaətcil olun.

Əkizlər - Əsas diqqəti məişət qayğıları və şəxsi işlərin çözülməsinə yönəldin. Peşəkar fəaliyyət müstəvisində ciddi irəliləyişə bel bağlamağa dəyməz. İşiniz kommersiya ilə bağlıdırsa, ehtiyatlı olun. Xərclər olacaq. Böyük məbləğdə məsrəfi əvvəlcədən təxminləmək asan deyil. Sayıq və sərvaxt olmasanız, ciddi məbləğdə pul itirə bilərsiniz. Alış-veriş üçün məsləhətli gün deyil.

Sizə əziz insanların xətrinə dəyməyin, onları incitməyin. Sevdiyiniz şəxslə təmaslarda diqqətli olsanız, bütün çətinlikləri dəf edə biləcəksiniz. Axşam saatlarına yaxın yorğunluq özünü göstərəcək. Səhhətdə problem, xroniki ağrının kəskinləşməsi riski var.

Xərçəng - Yaşam potensialı səviyyəsi yüksəkdir. Eyni vaxtda bir neçə işlə məşğul olsanız da, çox yorulmayacaqsınız. Qeyri-standart düşünün, orijinal qərarlar qəbul edin. Belədə bir sıra problemləri sürətlə həll edə biləcəksiniz. Yeni tanışlıq, maraqlı insanlarla görüş olacaq.

Uzunmüddətli planlar qura bilərsiniz. Onları reallaşdırmaq üçün yollar arayın.

Dəyərli məlumatın əldə edilməsi, köhnə tanışlardan önəmli xəbərin alınması istisna deyil. Sərfəli anlaşma, müqaviləyə nail ola bilərsiniz.

Alış-veriş uğurlu olacaq.

Şir - Kiçik problemlərə rəğmən uğurlu gündür. Müsbət təmayüllərin təsiri güclü olduğundan ciddi pərişanlığa səbəb yoxdur. Sevinc önəmli və uzunmüddətlidir. İndiyədək öhdəsindən gələ bilmədiyiniz problemləri bu gün tezliklə həll etmək imkanlarınız var.

Yaxınlarınızla təmaslar üçün əlverişli zamandır. Uzun zamandan bəri demək istədiyiniz, amma söyləyə bilmədiyiniz həqiqətləri dilə gətirin. Narahat olmayın, sizi anlayacaqlar. Rəğbət bəslədiyiniz şəxsi görüşə dəvət etmək üçün əlverişli gündür.

Axşam saatlarında aktiv istirahəti seçin.  

Qız - Bütün problemləri ani həll etmək iqtidarında olduğunuzu düşünərək yanılmayın. Əslində hər şey göründüyü kimi olmadığından tələsik, düşünülməmiş qərar qəbul etməyin.

Dəvət aldığınız bütün tədbirlərə qatılmayın. Yaxşı tanımadığınız, bələd olmadığınız insanların yanında özünüzü narahat hiss edəcəksiniz. Köhnə dostlarla münasibətlər də rəvan deyil.

Bu səbəbdən ən yaxın insanlarla ünsiyyətlə kifayətlənin.

Peşəkar fəaliyyətinizin perspektivləri ilə bağlı düşünmək üçün yaxşı gündür. Qarşınızda yeni qapılar aça biləcək insanlarla danışın. Şəxsi münasibətləri işgüzar təmaslara qatmayın. Bu, yaxşı heç nə vəd etmir.