"Bu bizim ənənəmizdir" yazıb hamam FOTOsunu paylaşdı
Şou-biznes 15 Yan 2022 00:22:00 157 0
Tanınmış rusiyalı müğənni Larisa Dolina "Instagram"da öz şəklini paylaşıb.
Son.az lent.az-a istinadən xəbər verir ki, o, hamamdan çıxdıqdan sonra makiyajsız foto çəkdirib. Sənətçi hazırda yaxınları ilə birlikdə Kislovodskda dincəlir.
"Başa düşürsünüz ki, bu bizim ənənəmizdir... Hər il yanvarın 13-də dostlarımla hamama gedirik! Yuyunuruq! Bu ənənə çoxdandır ki, var", - o, "Instagram"da bildirib.
Xatırladaq ki, Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakı şəhərində yəhudi ailəsində anadan olub.
Mənbə: milli.az