Almanlar küçə taksofonlarına əlvida deyirlər


Dünya 14 Yan 2022 21:50:00 153 0

Almanlar küçə taksofonlarına əlvida deyirlər

Müasir texnologiyalar o qədər inkişaf edib ki, gənclik yaşlarımızdan adət etdiyimiz əşyaların çoxu keçmişdə qalmağa başlayıb. Onlardan biri də küçə taksofonlarıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya şəhərlərində telefon budkaları azalmaqda davam edir. Bəli, son illərdə əhalinin taksofonlara ehtiyacı kəskin şəkildə azalıb. Bu, mobil telefonlardan istifadənin artması ilə bağlıdır. Lakin taksofonlar Almaniya küçələrindən tamamilə yox olmayacaq. Aeroportlarda, dəmiryol vağzallarında və alış-verişin gur olduğu küçələrdə onlar qalacaq. Hətta avtomat telefonların əksəriyyəti söküləndən sonra da "Deutsche Telekom" şirkəti qalan məhdud sayda telefonlara xidmətini davam etdirəcək.

Avtomat telefonun sökülməsi barədə qərar onun aylıq mənfəətinin qiymətləndirilməsi əsasında çıxarılır: əgər avtomatın ay ərzində gətirdiyi gəlir 50 avrodan az olarsa, həmin avtomatın sonrakı taleyi barədə qərar qəbul edilir.