Qaynaq dıırnaq və taxma kipriklərlə MRT etdirmək olmaz


Digərləri 14 Yan 2022 21:59:00 151 0

Qaynaq dıırnaq və taxma kipriklərlə MRT etdirmək olmaz

Son illər qadınların dəb xatirinə üz tutduğu bu prosedurlar MRT, KT kimi müayinələr zamanı xəstəyə ciddi yanıq və travma yaşada bilər.

Son.az xəbər verir ki, saçları qaynaq, dırnaqları qaynaq, eləcə də kiprik qaynağı etdirən xanımlar MRT-ə girməzdən öncə bunları çıxarmalıdır, eləcə də kosmetika yuyulmalıdır.

Maqnit kipriklər, qaynaq saçları birləşdirən metal predmetlər həm MRT müayinənin nəticələrinə təsir edir, eləcə də prosedur zamanı xəstəni zədələyə bilər. Maqnit kipriklər güclü cazibə qüvvəsi nəticəsində qopa, hərəkət edə və gözləri zədələyə bilər.

Müasir gel dırnaq boyalarına metal komponentlər qatılır. Əgər siz üzərinizdə cüzi də olsa metal əlavə olmasını bilirsizsə, yaxşı olar ki, həkimi bu barədə xəbərdar edib, müayinədən öncə onları çıxarasız.

Eləcə də bədəndə olan tatular barədə də həkim bilməlidir.

"MRT-ə üzdə və bədəndə kosmetika, tatu ilə daxil olduqda, nəticələr dəqiq alınmır. Tatularda olan metal elementlər MRT zamanı dəridə yanıq və bir sıra dermatoloji problemlər yaradır. /medicina.az