Ceyhun Bayramovla Çavuşoğlu birbirini təbrik etdi


Siyasət 14 Yan 2022 20:38:00 81 0

Ceyhun Bayramovla Çavuşoğlu birbirini təbrik etdi

14 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası və Türkiyə Respublikası xarici işlər nazirləri arasında iki dövlət arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə təbrik məktubu mübadiləsi baş tutub.

Nazir Ceyhun Bayramov qardaş ölkədən olan həmkarını diplomatik əlaqələrin qurulmasının otuz illiyi münasibətilə ürəkdən təbrik edib. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət kimi tarixə düşən qardaş Türkiyə ilə münasibətlərimizin ötən illər ərzində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və xalqımızın Ulu öndəri Heydər Əliyevin "Bir Millət İki Dövlət" fikirlərinə uyğun olaraq inkişaf etdiyini qeyd edib. Ölkələrimiz arasında mövcud olan münasibətlərin bugünkü səviyyəsinin xalqlarımızın iradəsinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlərinə söykəndiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan-Türkiyə əlaqələrinin özünün tarixi zirvəsini yaşadığını qeyd edib və ökələrimiz arasında münasibətlərin strateji səviyyədən müttəfiqlik səviyyəsinə qədər yüksəlməsində həmkarı Mevlüt Çavuşoğlunun da töhfəsinin olduğuna məmnunluqla istinad edib.

Vətən müharibəsi və ondan sonrakı dövrdə qardaş Türkiyənin bütün səviyyələrdə ölkəmizin haqlı və ədalətli mövqeyini dəstəkləməsinin dövlətimizin başçısı və ümumilikdə, Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.

Birgə həyata keçirdiyimiz irimiqyaslı regional və qlobal layihələrin ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələrin daha da genişlənməsinə, regional inkişafa töhfə verdiyi qeyd edilib, habelə Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığımızın uğurla davam etdiyi bildirilib.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasındakı qardaşlıq və müttəfiqlik əlaqələrinin xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Öz növbəsində, nazir Mevlüt Çavuşoğlu azərbaycanlı həmkarını səmimiyyətlə təbrik edib. Türkiyə və Azərbaycan arasındakı 71 illik həsrətin 14 yanvar 1992-ci ildə imzalanmış protokol sənədləri ilə sona çatdığını və həmin gündən fəaliyyətə başlayan Türkiyə Respublikasının Bakıdakı səfirliyinin Azərbaycandakı ilk səfirlik olduğunu qeyd edib.

Mevlüt Çavuşoğlu, son 30 ildə sarsılmaz qardaşlıq bağları üzərində qurulan həmrəyliyimizin, iki dövlət rəhbərinin yaxın dostluq münasibətlərinin verdiyi ilhamla daha da inkişaf etdiyini bildirib. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çatdırılan əlaqələrə hər iki qardaş xarici işlər nazirləri tərəfindən birgə verilən töhfələrin qürur və sevinc mənbəyi olduğu ifadə edilib.

Nazir, öz ərazilərini işğaldan azad edən, ərazi bütövlüyünü bərpa edən, nail olduğu rifah səviyyəsi ilə regionun yüksələn ulduzuna çevrilən Can Azərbaycanın uğurlarının Türkiyə üçün hər zaman qürur və sevinc mənbəyi olduğunu qeyd edib. Bu günə qədər olduğu kimi, bundan sonra da əlaqələrimizin daha yüksək səviyyəyə çatdırılmasında əzmli və qərarlı olduqlarını vurğulayıb.

Nazir Mevlüt Çavuşoğlu, keçən 30 ildə iki qardaş ölkə olaraq qazanılan uğurların gələcəyimizə istiqamət verəcəyini, qardaş əlaqələrimizin regionumuzda və dünyada sülh və sabitliyin bərqarar olmasında mühüm rol oynayacağına inam ifadə edib. O, diplomatik əlaqələrin bərpasının dövlətlərimizə və xalqlarımıza xeyirli olmasını və neçə-neçə belə 30 illərə çatmaq ümidi ilə dost və qardaş Azərbaycan xalqına rifah və xoş günlər arzu edib.

BMTdən Azərbaycanda ÜDMlə bağlı proqnoz like
  • 14 Yan 20:36  
Digərləri BMTdən Azərbaycanda ÜDMlə bağlı proqnoz

2022-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımı 4 faiz,

arrow Ətraflı
Bank işçisi arvadını öldürüb, sonra da özünü vurdu  VİDEO  FOTO like
  • 14 Yan 20:30  
Digərləri Bank işçisi arvadını öldürüb, sonra da özünü vurdu VİDEO FOTO

Banklardan birində mühafizəki işləyən kişi intihara cəhd edib.

arrow Ətraflı
“Omicrondan sağalma daha tez baş verir  Nazirlik like
  • 14 Yan 20:24  
Digərləri “Omicrondan sağalma daha tez baş verir Nazirlik

Başqa mutasiyalardan fərqli olaraq koronavirusun "Omicron" ştamınd

arrow Ətraflı
Zelenski İlham Əliyevin Ukraynaya gəlişini böyük rəmzi xarakter daşıyan xüsusi səfər adlandırıb like
  • 14 Yan 20:12  
Siyasət Zelenski İlham Əliyevin Ukraynaya gəlişini böyük rəmzi xarakter daşıyan xüsusi səfər adlandırıb

Bu gün biz siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində fikir mübad

arrow Ətraflı
İşlədikləri obyektdən oğurluq edənlər saxlanıldı  VİDEO  FOTO like
  • 14 Yan 20:06  
Kriminal İşlədikləri obyektdən oğurluq edənlər saxlanıldı VİDEO FOTO

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının h

arrow Ətraflı
Narkotik çəkib "07" sürdü, saxlanıldı like
  • 14 Yan 20:00  
Kriminal Narkotik çəkib "07" sürdü, saxlanıldı

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlar

arrow Ətraflı
Paşinyan ArazdəyənMehri dəmir yolu xəttinin bərpası üçün işçi qrup yaratdı like
  • 14 Yan 19:58  
Digərləri Paşinyan ArazdəyənMehri dəmir yolu xəttinin bərpası üçün işçi qrup yaratdı

Ermənistanın baş naziri Nikol Paşinyan Arazdəyən-Mehri dəmir yolu xəttin

arrow Ətraflı
Prezident İlham Əliyev: Ukraynaya bu səfər gələcək illər üçün də gözəl zəmin olacaq like
  • 14 Yan 19:50  
Siyasət Prezident İlham Əliyev: Ukraynaya bu səfər gələcək illər üçün də gözəl zəmin olacaq

Ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Az

arrow Ətraflı
Azərbaycanın ötən il xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb like
  • 14 Yan 19:44  
Digərləri Azərbaycanın ötən il xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və

arrow Ətraflı
Azərbaycanda hansı ərazilərdə sürüşmə təhlükəsi var?  VİDEO like
  • 14 Yan 19:42  
Digərləri Azərbaycanda hansı ərazilərdə sürüşmə təhlükəsi var? VİDEO

Azərbaycan ərazisinin müxtəlif zonalarında yerləşən sürüşmə sahələ

arrow Ətraflı
Ölkə üzrə yanvar ayının pensiyaları tam ödənilib like
  • 14 Yan 19:38  
Digərləri Ölkə üzrə yanvar ayının pensiyaları tam ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sos

arrow Ətraflı
Erotik filmləri üzə çıxdı, işdən və ölkədən qovuldu  FOTO like
  • 14 Yan 19:36  
Digərləri Erotik filmləri üzə çıxdı, işdən və ölkədən qovuldu FOTO

İngiltərədə yaşayan Skayler Makkay adlı qadın erotik filmlərdə rol ald

arrow Ətraflı
"Tərbiyəçidən şikayətçi olmayan valideynə hökm çıxarılmalıdır" like
  • 14 Yan 19:24  
Şou-biznes "Tərbiyəçidən şikayətçi olmayan valideynə hökm çıxarılmalıdır"

Xalq artisti Brilliant Dadaşova da bağçada azyaşlıya şiddət tətbiq gör

arrow Ətraflı