Paşinyan ArazdəyənMehri dəmir yolu xəttinin bərpası üçün işçi qrup yaratdı


Digərləri 14 Yan 2022 19:58:00 170 0

Paşinyan ArazdəyənMehri dəmir yolu xəttinin bərpası üçün işçi qrup yaratdı

Ermənistanın baş naziri Nikol Paşinyan Arazdəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrupun yaradılması ilə bağlı qərar verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, işçi qrupa 10 nəfər daxildir.

İşçi qrupun sədri Ermənistanın İrandakı sabiq səfiri, hazırda baş nazirin köməkçisi olan Artaşes Tumanyan təyin edilib.

Qərara əsasən, hər rüb görülən işlər barədə hökumətə hesabat təqdim edilməlidir.