"Yaradan bəndəni sevmirsə, ona dözülməz xasiyyət verir"


Şou-biznes 14 Yan 2022 19:12:00 166 0

"Yaradan bəndəni sevmirsə, ona dözülməz xasiyyət verir"

"Çox kinliyəm. Pislik etmirəm ki, Allahdan qorxum. Yalan da danışmaq istəmirəm. Hirslənəndə qorxum itir".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Qadın çağı" proqramında deyib.

"Düşünmürəm ki, Allah mənə cəza verər. Əgər yaradan başqası mənə əzab verəndə əlindən tutub dayandırmadısa, onun mənə cavab verməyə ixtiyarı yoxdur. Onun hərəkətinə mənim hərəkətimi haram bilmir. Yaradan bəndəni sevmirsə, ona dözülməz xasiyyət verir. Hər yaradanın ona hörməti yoxdur. Dözülməz xasiyyət həmin adamı gözdən salır" deyə, müğənni əlavə edib.