Prezident İlham Əliyev: Ukrayna ilə energetika sahəsində yeni planlarımız var


Siyasət 14 Yan 2022 19:19:00 57 0

Prezident İlham Əliyev: Ukrayna ilə energetika sahəsində yeni planlarımız var

Ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsində yeni planlarımız var. Əminəm ki, bu planlar həyatda öz əksini tapacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

"Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR Ukraynada öz fəaliyyətini genişləndirmək əzmindədir: "Şadam ki, Ukrayna tərəfi də bunu dəstəkləyir. Hazırda SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma stansiyalardan ibarət şəbəkəsi var və əlbəttə ki, neft və neft məhsullarının ixracı və emalı ilə bağlı yeni addımların atılması bizim əməkdaşlığımızı daha da dərinləşdirəcək. Enerjinin digər növləri ilə üzrə əməkdaşlıqla bağlı fikir ayrılığı yoxdur.

Şadam ki, ticarət dövriyyəmiz pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb və mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq, bəlkə də ondan çox. Çünki bizim bu gün imzaladığımız sənədlərin və müzakirə olunan digər məsələlərin həyatda öz əksini tapması, əlbəttə ki, iki ölkə arasındakı ticarət dövriyyəsinin artırılmasına da mütləq xidmət edəcəkdir.

Hesab edirəm ki, ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin. Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün bu gün zəmin yaradılmışdır. Bu, bir yenilikdir, bizim əlaqələrimizdə bu sahə ilə bağlı hesab edirəm ki, atılan ən mühüm addımlardan biridir. Bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq.

Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımızın təməlində dostluq əlaqələri dayanır və ümid edirəm ki, bu gün ilin əvvəlində həyata keçirilən bu səfər həm bu ili ikitərəfli müstəvidə yaxşı nəticələrlə başa vurmağa xidmət göstərəcək, həm də gələcək illər üçün də gözəl zəmin olacaq.

Bir daha hörmətli cənab Prezident, dəvətə, qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək, Sizi yenidən Bakıya səfərə dəvət edirəm. Sağ olun".

Vətəndaşların 3cü doza vaksinə reaksiyası necədir?  Sorğu  VİDEO like
  • 14 Yan 19:18  
Digərləri Vətəndaşların 3cü doza vaksinə reaksiyası necədir? Sorğu VİDEO

Xəzər TV-nin əməkdaşları koronavirusa qarşı 3-cü doza vaksinin vurulma

arrow Ətraflı
"Yaradan bəndəni sevmirsə, ona dözülməz xasiyyət verir" like
  • 14 Yan 19:12  
Şou-biznes "Yaradan bəndəni sevmirsə, ona dözülməz xasiyyət verir"

"Çox kinliyəm. Pislik etmirəm ki, Allahdan qorxum. Yalan da danışmaq i

arrow Ətraflı
İlham Əliyev: Ukrayna və Azərbaycan uzun illər ərzində birbirilə uğurla əməkdaşlıq edir like
  • 14 Yan 19:08  
Siyasət İlham Əliyev: Ukrayna və Azərbaycan uzun illər ərzində birbirilə uğurla əməkdaşlıq edir

Ukrayna və Azərbaycan uzun illər ərzində bir-birilə uğurla əməkdaşlıq

arrow Ətraflı
Əlini timsahın ağzına salıb onu öldürdü like
  • 14 Yan 19:06  
Digərləri Əlini timsahın ağzına salıb onu öldürdü

Zimbabvenin Kariba şəhər sakini ona hücum edən üç timsahla yalı əllə v

arrow Ətraflı
Azərbaycanda zəlzələ olub like
  • 14 Yan 18:58  
Digərləri Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub.

arrow Ətraflı
Zorlanaraq öldürülən 5 yaşlı qızla bağlı qalmaqal böyüyür like
  • 14 Yan 18:54  
Digərləri Zorlanaraq öldürülən 5 yaşlı qızla bağlı qalmaqal böyüyür

Rusiya İstintaq Komitəsinin (TFR) sədri Aleksandr Bastrıkin Kostromada kolon

arrow Ətraflı
“Gəldim ki, balta anamın başındadır” like
  • 14 Yan 18:50  
Kriminal “Gəldim ki, balta anamın başındadır”

Xəbər verdiyimiz kimi, yanvarın 13-ü saat 19 radələrində Xaçmaz rayonu

arrow Ətraflı
"Hərəkətim özümə xoş oldu" like
  • 14 Yan 18:48  
Şou-biznes "Hərəkətim özümə xoş oldu"

Tez-tez qazi və şəhid ailələrinə yardımları ilə gündəmə gələn fitn

arrow Ətraflı
Son sutkada bu qədər vaksin vurulub like
  • 14 Yan 18:42  
Digərləri Son sutkada bu qədər vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 613 vaksin vurulu

arrow Ətraflı
Günay İbrahimli qardaşı ilə  FOTO like
  • 14 Yan 18:36  
Şou-biznes Günay İbrahimli qardaşı ilə FOTO

Məşhur müğənni Günay İbrahimli qardaşının fotosunu paylaşıb.

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 14 Yan 18:35  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 653 yeni yolu

arrow Ətraflı
Azad olunmuş ərazilərə avtobus marşrutları açılacaq like
  • 14 Yan 18:24  
Digərləri Azad olunmuş ərazilərə avtobus marşrutları açılacaq

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 i

arrow Ətraflı
Oğurluq üçün bacadan evə girmək istədi, ilişib qaldı  VİDEO  FOTO like
  • 14 Yan 18:18  
Dünya Oğurluq üçün bacadan evə girmək istədi, ilişib qaldı VİDEO FOTO

ABŞ-ın Merilend ştatının sakini oğurluq etmək məqsədilə bacadan evə g

arrow Ətraflı
ABŞda azərbaycanlı sürücüyə hücum etdilər  FOTO like
  • 14 Yan 17:54  
Dünya ABŞda azərbaycanlı sürücüyə hücum etdilər FOTO

Amerika Birləşmiş Ştatlarında azərbaycanlı sürücüyə hücum olub.

arrow Ətraflı
Xalq artisti vəfat etdi like
  • 14 Yan 17:24  
Digərləri Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti, aktrisa Anastasiya Voznesenskaya vəfat edib.

arrow Ətraflı