Oğurluq üçün bacadan evə girmək istədi, ilişib qaldı VİDEO FOTO


Dünya 14 Yan 2022 18:18:00 191 0

Oğurluq üçün bacadan evə girmək istədi, ilişib qaldı  VİDEO  FOTO

ABŞ-ın Merilend ştatının sakini oğurluq etmək məqsədilə bacadan evə girib, lakin oradan çıxa bilməyib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, nəticədə ev sahibləri qayıdana qədər oğru bütün gecəni bacada keçirib.

Ev sahibləri cinayətkarı yalnız səhər tezdən görüb və dərhal polisə müraciət ediblər.

Hücum edən şəxsi çıxarmaq üçün xilasedicilər 1,5 saat ərzində kərpicləri sökəsi olublar.

Oğurluğu törətməyi planlaşdıran şəxs yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.