Azərbaycandan enerji təhlükəsizlik gücünü artırmaq yolunda


Siyasət 14 Yan 2022 16:24:00 77 0

Azərbaycandan enerji təhlükəsizlik gücünü artırmaq yolunda

"Strateji yol xəritəsində əsas nəzərdə tutulan önəmli mövzulardan biri də Azərbaycanın enerji təhlükəsizliyini təmin etməkdir. Çünki digər sahələrdə nəzərdə tutulan fəaliyyətlərin ardıcıl və stabil olaraq tətbiqi və eyni zamanda reallaşdırıılması birbaşa olaraq enerji təminatından asılıdır".

Bunu Son.az-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

İqtisadçı ekspert bildirib ki, sosial-iqtisadi və hərbi-siyasi stabillik birbaşa olaraq enerji resurslarının təminatından asılıdır:

"Son dönəmlər ard-arda müxtəlif regionlarda yeni açılan və bərpa olunan elektrik stansiyalarının müasir avadanlıqlarla təchiz olunaraq fəaliyyəti ölkə səviyyəsində vətəndaşların və eyni zamanda, sənayenin elektrik təchizatı istehlakını və ixrac potensialını gücləndirəcəkdir.

Bildiyiniz kimi Səudiyyə Ərəbistanın "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" külək elektrik stansiyasının təməl qoyma mərasimi keçirildi. Bu elektrik stansiyasının tikintisinin bir sıra müsbət nəticələri gözlənilir. İlkin olaraq qeyd etmək istəyirəm ki, bu stansiya tam xarici investisiyalı bir stansiya olaraq fəaliyyət göstərəcək. Bu isə mənə görə digər xarici investisiyaların Azərbaycana yatırımları üçün bir "qapı" rolunu oynayır. 

İkinci olaraq düşünürəm ki, sosial-iqtisadi və hərbi-siyasi stabillik birbaşa olaraq enerji resurslarının təminatından asılıdır. Həm normal şəraitdə, həm fövqəladə hallar durumunda ölkə və region əhalisinin, vətəndaşların, eləcə də dövlət və iqtisadiyyatın müvafiq keyfiyyətli enerji ilə təminatı enerji strategiyasının tərkib hissəsi kimi realizə olunur. Azərbaycan elektrik enerjisi ixracatçısıdır və bu durumda istər yerli investisiyalı, istərsə də xarici investisiyalı elektrik stansiyalarının qurulması, eləcə də tikilməkdə olan digər rayonlardakı elektrik istehsalı müəssisələrinin gücü, müasir avadanlıqlarla təchiz olunması həm yerli istehlakın, həm də ixrac potensialının gücləndirilməsinə şərait yaradır.

Üçüncü olaraq, biz ölkə olaraq enerji təchizatı üçün yetəri qədər resursa sahib bir ölkəyik. Əgər hədəfimiz yerli resurslardan effektiv istifadəni və eyni zamanda enerji təhlükəsizlik gücümüzü artırmaqdırsa, bizim qarşımızda diqqət edəcəyimiz müəyyən öhdəliklər durur:

1) Enerji sektoruna xarici investisiyaların cəlbini əhəmiyyətli dərəcədə artırmalı və bu kapitalların düzgün və effektiv idarəolunmasını təmin etməliyik. 

2) Enerji resurslarının istehsalına ayrılan investisiyalar və bu investisiyaları edən şirkətlər üçün müəyyən fundamental və qoruyucu hüquqi normativ baza yaradılmalı və fəaliyyətləri üçün müəyyən güzəştlər edilməlidir.

3) Enerji resurslarımızdan istifadə edərək istehsal potensialımızı dəyərləndirib ixrac məsələlərində diqqət yetilməli, enerji ticarəti üzrə uzun müddətli fəaliyyətlər planı hazırlanmalıdır".

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 300 milyon dollar dəyərindəki 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. 

Təhməz Əsədov Son.az

Demet Oğuzhanı tərk etdi  FOTO like
  • 14 Yan 16:22  
Digərləri Demet Oğuzhanı tərk etdi FOTO

Türkiyə maqazin dünyasının ən çox danışılan cütlüyü - aktrisa Demet

arrow Ətraflı
Azərbaycanın populyar müğənniləri İstanbula niyə gedib?   FOTO like
  • 14 Yan 15:58  
Şou-biznes Azərbaycanın populyar müğənniləri İstanbula niyə gedib? FOTO

Azərbaycanın populyar simaları-müğənni Nura Suri, Dilarə Kazımova və Hi

arrow Ətraflı
Maşın almaq istəyənlərin nəzərinə  bu avtomobillər bahalaşacaq  VİDEO like
  • 14 Yan 15:28  
Digərləri Maşın almaq istəyənlərin nəzərinə bu avtomobillər bahalaşacaq VİDEO

Yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən xaricdən

arrow Ətraflı
"Rəhmətlik atamı söyüb"  MAXE qalmaqalı böyüdü like
  • 14 Yan 15:22  
Şou-biznes "Rəhmətlik atamı söyüb" MAXE qalmaqalı böyüdü

Xəbər verdiyimiz kimi, prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə c

arrow Ətraflı
Səyyad Salahlı “Şöhrət” ordeni ilə təltif edildi like
  • 14 Yan 15:20  
Siyasət Səyyad Salahlı “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev S.A.Salahlının "Şöhrət" ordeni ilə təl

arrow Ətraflı
Mal və quzu əti bahalaşıb  VİDEO like
  • 14 Yan 15:16  
Digərləri Mal və quzu əti bahalaşıb VİDEO

Paytaxt Bakıda ət kəsimi yerlərində quzu ətinin qiyməti bahalaşıb.

arrow Ətraflı
Yusuf Güney Azərbaycan əsilli imiş  VİDEO like
  • 14 Yan 15:10  
Şou-biznes Yusuf Güney Azərbaycan əsilli imiş VİDEO

Türkiyəli müğənni Yusuf Güney Bakının qonağı olub. 

arrow Ətraflı
Binəqədidə silah alverçiləri tutuldu  VİDEO  FOTO like
  • 14 Yan 15:04  
Kriminal Binəqədidə silah alverçiləri tutuldu VİDEO FOTO

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaş

arrow Ətraflı
45 yaşlı Gülşən yarıqlı libası ilə səhnədə şou göstərdi  VİDEO  FOTO like
  • 14 Yan 14:58  
Şou-biznes 45 yaşlı Gülşən yarıqlı libası ilə səhnədə şou göstərdi VİDEO FOTO

Türkiyənin məşhur müğənnisi Gülşən ötən gün konsert verib.

arrow Ətraflı
Ölkədə daha bir virus sürətlə yayılmağa başlayıb like
  • 14 Yan 14:28  
Digərləri Ölkədə daha bir virus sürətlə yayılmağa başlayıb

"Hazırda geniş yayılan viruslardan biri də "Koksaki" virusudu

arrow Ətraflı
Avtoqraf istəyən fanatını döydü  VİDEO like
  • 14 Yan 14:22  
Şou-biznes Avtoqraf istəyən fanatını döydü VİDEO

Amerikalı reper Kanye Uest fanatına bədən xəsarətləri yetirməkdə şübh

arrow Ətraflı
Azərbaycan və Ukrayna arasında qarşılıqlı investisiya barədə memorandum imzalanıb  FOTO like
  • 14 Yan 14:18  
Digərləri Azərbaycan və Ukrayna arasında qarşılıqlı investisiya barədə memorandum imzalanıb FOTO

Yanvarın 14-də Ukraynanın paytaxtı Kiyev şəhərində Kiçik və Orta Bizne

arrow Ətraflı
Öykü Gürman ərə gedir  Parisdə evlilik təklifi  FOTO like
  • 14 Yan 13:58  
Şou-biznes Öykü Gürman ərə gedir Parisdə evlilik təklifi FOTO

Müğənni Öykü Gürman bir müddətdir münasibətdə olduğu sevgilisi Fatih

arrow Ətraflı
"Türkiyə və Azərbaycan arasındakı münasibətlər ən yüksək həddədir" like
  • 14 Yan 13:28  
Siyasət "Türkiyə və Azərbaycan arasındakı münasibətlər ən yüksək həddədir"

Türkiyə və Azərbaycan bütün sahələrdə əməkdaşlığı davam etdirəc

arrow Ətraflı
Mahir Xəttaba 4 il cəza istənildi like
  • 14 Yan 13:26  
Digərləri Mahir Xəttaba 4 il cəza istənildi

Bu gün Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqs

arrow Ətraflı