Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın yeni mərhələsinə keçir? İCMAL


Siyasət 14 Yan 2022 13:04:00 71 0

Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın yeni mərhələsinə keçir?  İCMAL

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ukraynaya işgüzar səfər edib. Bu səfər iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına yeni təkan verəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanla Ukrayna arasında ticari-iqtisadi əlaqələr ikitərəfli münasibətlərin inkişafının aparıcı qüvvəsidir. Bu münasibətlərin inkişafı tərəfdaşlıq, dövlətlərarası əlaqələr və biznes assosiasiyaları vasitəsilə baş verir. Bakı ilə Kiyev arasında ticarət tərəfdaşlığı artan xətt üzrə irəliləyir: 2021-ci ilin 11 ayı ərzində ticarətin həcmi 866 milyon dollar olub. 2020-ci il ərzində bu göstərici 771 milyon dollar təşkil etmişdi.

İki ölkə xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir. Ukrayna əkin üçün yararlı geniş əraziyə malikdir və Azərbaycan Ukraynanın bu sahədə böyük təcrübəsindən və texnologiyalarından yararlana bilər. Bu istiqamətdə əməkdaşlıq Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edə bilər.

Ukrayna, həmçinin neft-kimya sahəsində Azərbaycan məhsullarının satışı üçün böyük bazardır. Azərbaycan enerji sahəsində Ukraynanın strateji tərəfdaşıdır. İki ölkənin neft-qaz kompleksinin inkişafı məsələləri üzrə əməkdaşlığı da vacib əhəmiyyət daşıyır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada geniş yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə satışı, təbii qaz və aviasiya yanacağının topdan satışından ibarətdir. Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığının potensialı hələ də tam istifadə olunmayıb. Bu baxımdan Azərbaycan şirkətlərinin Ukrayna ərazisində karbohidrogen yataqlarının işlənməsində, energetka obyektlərinin özəlləşdirilməsində iştirakı, eləcə də yeni infrastruktur layihələrinin reallaşdırılması perspektivli ola bilər.

Bundan başqa, Ukrayna "Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi çərçivəsində Avropa bazarına tədarük olunan Azərbaycan təbii qazının idxalı imkanlarını nəzərdən keçirir.

Digər vacib aspektlərdən biri də humanitar sahədə əməkdaşlıqdır. Azərbaycanlı tələbələr arasında Ukraynanın ali təhsil müəssisələrinə böyük tələbat var. 2021-ci ildə Ukraynanın ali təhsil müəssisələrinə 1 247 Azərbaycan vətəndaşı daxil olub.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri ikitərəfli münasibətlərin daha da inkişafına xidmət edəcək və əlaqələri yeni səviyyəyə yüksələcək.

Tarif Şurasının iclası keçirildi  Bu qiymətlər dəyişdirildi like
  • 14 Yan 13:02  
Digərləri Tarif Şurasının iclası keçirildi Bu qiymətlər dəyişdirildi

Tarif (qiymət) Şurasının 13 yanvar 2022-ci il tarixində keçirilən növbə

arrow Ətraflı
Bu səhifə hərracda 3,36 mln. dollara satıldı  FOTO like
  • 14 Yan 12:58  
Digərləri Bu səhifə hərracda 3,36 mln. dollara satıldı FOTO

Hörümçək adamın komiks səhifəsi Texasdakı "Heritage Auctions"

arrow Ətraflı
İlham Əliyev Ukraynaya getdi like
  • 14 Yan 12:54  
Siyasət İlham Əliyev Ukraynaya getdi

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna

arrow Ətraflı
Mühafizəçi işlədiyi teatrın şaxtasına düşdü like
  • 14 Yan 12:52  
Digərləri Mühafizəçi işlədiyi teatrın şaxtasına düşdü

Gəncə şəhərində teatr binasında bədbəxt hadisə baş verib.

arrow Ətraflı
"Kommunikasiyaların açılması Aİnin tam dəstəklədiyi vacib məqsəddir" like
  • 14 Yan 12:48  
Siyasət "Kommunikasiyaların açılması Aİnin tam dəstəklədiyi vacib məqsəddir"

Münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması Avr

arrow Ətraflı
"Ən son söyüşləri söymək istəyirəm ki..." like
  • 14 Yan 12:46  
Şou-biznes "Ən son söyüşləri söymək istəyirəm ki..."

Ötən gecədən mediada İsmayıllıda fəaliyyət göstərən uşaq bağçası

arrow Ətraflı
Arvadını və baldızını bıçaqlayan şəxsə 1 il 6 ay cəza verildi like
  • 14 Yan 12:26  
Kriminal Arvadını və baldızını bıçaqlayan şəxsə 1 il 6 ay cəza verildi

Bəzi media və sosial şəbəkə səhifələrində Şəmkir rayonu, Ələsgərl

arrow Ətraflı
Moskvada Türkiyə və Ermənistan nümayəndələrinin görüşü başlayıb like
  • 14 Yan 12:24  
Siyasət Moskvada Türkiyə və Ermənistan nümayəndələrinin görüşü başlayıb

Moskavada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması

arrow Ətraflı
Mətanət İsgəndərliyə nə olub?  Sarıqlı qolunu gizlətməyə çalışdı  VİDEO like
  • 14 Yan 12:22  
Şou-biznes Mətanət İsgəndərliyə nə olub? Sarıqlı qolunu gizlətməyə çalışdı VİDEO

Əməkdar artist Mətanət İsgəndərlinin yeni paylaşımı diqqət çəkib.

arrow Ətraflı
Pensiyaların artımla nə vaxt veriləcəyi açıqlandı like
  • 14 Yan 12:20  
Digərləri Pensiyaların artımla nə vaxt veriləcəyi açıqlandı

DOST Agentliyi pensiyaların artımla nə vaxt veriləcəyini açıqlayıb.

arrow Ətraflı
Bu il Şuşada DOST filialı açılacaq like
  • 14 Yan 12:18  
Digərləri Bu il Şuşada DOST filialı açılacaq

Bu ilin dekabrında Şuşa DOST filialının açılışı nəzərdə tutulub.

arrow Ətraflı
“Omicron” ştamı necə aşkarlanır? like
  • 14 Yan 12:16  
Digərləri “Omicron” ştamı necə aşkarlanır?

"Omicron" COVID-19-un bir variantı olduğu üçün ənənəvi PZR bur

arrow Ətraflı
"Tələbə olanda günü bir "şirvana" ofisiant işləyirdim"  VİDEO like
  • 14 Yan 12:10  
Şou-biznes "Tələbə olanda günü bir "şirvana" ofisiant işləyirdim" VİDEO

Müğənni Roza Zərgərli keçmiş günlərindən danışıb.

arrow Ətraflı
Bu il metroya daha 4 yeni qatar alınacaq like
  • 14 Yan 12:04  
Digərləri Bu il metroya daha 4 yeni qatar alınacaq

2022-ci ildə isə hər biri 5 vaqondan ibarət daha 4 hərəkət tərkibi (cəm

arrow Ətraflı