Tatlısesin qızı Bakıya sevgilisi ilə gəldi VİDEO


Şou-biznes 14 Yan 2022 11:58:00 205 0

Tatlısesin qızı Bakıya sevgilisi ilə gəldi  VİDEO

Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısesin qızı Dilan Çıtak Azərbaycana gəlib.

Son.az olay-a istinadən xəbər verir ki, gənc ifaçı ötən gün Bakının məşhur restoranlarının birində çıxış edib.  O, paytaxtda musiqiçi sevgilisi Levent Dörterlə birgə olub.

Cütlük konsertdən sonra Xalq artisti Tünzalə Ağayeva ilə bir araya gəlib.  T. Ağayeva həmin görüşdən instaqramda video paylaşıb. Görüntülərdə Dilanın Azərbaycanla bağlı fikirləri yer alıb: "Çox xoşbəxt oldum. İnanılmaz dərəcədə qonaqpərvərliklə qarşılaşdıq. İnsanların nəcib və istiqanlı olması bizi xoşbəxt etdi. Möhtəşəmsiz".

Qeyd edək ki, türk estrada müğənnisinin obrazı üzərində stilist Anar Ağakişiyev çalışıb.