Klipi bir günə 10 milyon baxış topladı VİDEO


Şou-biznes 14 Yan 2022 11:10:00 127 0

Klipi bir günə 10 milyon baxış topladı  VİDEO

Dünyaca məşhur müğənni Adel yeni mahnısı "Oh My God"ı ekranlaşdırıb.

Son.az olay-a istinadən xəbər verir ki, ard-arda rekord qıran sənətçi dünən klipini sevənlərinə təqdim edib.

"Qremmi" mükafatına layiq görülmüş 33 yaşlı ifaçının ağ-qara klipi bir gündə 10 milyona yaxın baxış toplayıb.

Qeyd edək ki, Adel noyabrın 19-da "30" adlı yeni albomunu təqdim edib. Sənətçinin yeni layihəsi hazırda "Billboard 200"də birinci yerdədir.