Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxsin məhkəməsi başlayıb
Digərləri 14 Yan 2022 11:12:00 266 0
Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü Fuad Qəhrəmanlının qızını zorlamaqda təqsirləndirilən Əsgər Ağazadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu xəbəri də oxu: Kürdəmirdə "Nissan" kanala düşdü, bir ailənin 4 üzvü yaralandı FOTO
Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə vəkillər cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyiblər.
Məhkəmənin hazırlıq iclası yanvarın 26-a təxirə salınıb.
Qeyd edək ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.
Cinayət işinin istintaqı zamanı şahid dairəsinin müəyyən edilərək dindirilməsi, habelə zəruri ekspertizaların təyin edilməklə rəylərinin əldə olunması təmin edilib.
Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadənin aşkar surətdə yetkinlik yaşına çatmayan Sənay Qəhrəmanlıya cinsi təcavüz etməsinə əsaslı şübhələr müəyyən olunub.
Cinayət işi üzrə Əsgər Ağazadəyə Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə yekun ittiham elan edilməklə istintaq orqanının təqdimatı əsasında sonuncunun barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
30 dekabr 2021-ci il tarixdə Əsgər Ağazadənin təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Dünyaca məşhur müğənni Adel yeni mahnısı "Oh My God"ı ekranla

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2022-ci il üçün təsdiq

"Onlara dedim ki, əşya mənim, kef mənim, istəsəm təkərdən asaram,

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağ

Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılan əlaqələri

Boşandıqdan sonra yenidən barışan Selin Ciğerci və Gökhan Çıra cütlü

Son zamanlar bu fikir bir sıra ölkələrin müzakirə mövzusuna çevrilib.

Türkiyənin məşhur müğənnisi Yusif Güney ARB-yə çıxıb.

Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti paytaxt

"Full City" komandasını 30 milyon pounda satın alan TV8 kanalının

Deputat Elman Nəsirovun fikrincə, Prezident İlham Əliyevin diqqət mərkəzi

Müğənni Lena Katina 11 yaşında üzləşdiyi zorlama faktından danışıb.

Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Z

İngilis müğənnisi və bəstəkarı Ed Şiran Suffolkdakı mini-kəndində ki

Ötən gün toylara görə 2 nəfər cərimələnib, 13 nəfər şənliyə burax
