İlham Əliyev Ərdoğana məktub göndərib


Siyasət 14 Yan 2022 09:08:00 80 0

İlham Əliyev Ərdoğana məktub göndərib

Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Sizi və qardaş Türkiyə xalqını Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

14 yanvar 1992-ci ildə qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılması Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə olmuşdur. XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur.

Böyük fərəh hissi ilə qeyd etmək istəyirəm ki, ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir. Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq "Bir millət iki dövlət" şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır.

Xalqlarımızın əsrlərdən-əsrlərə keçən birliyi, qardaşlığı və dostluğu kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün özünün ən yüksək səviyyəsindədir. Qardaş ölkələrimizin istər siyasi, iqtisadi, ticari, mədəni, enerji, hərbi, texnoloji və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı, istərsə də beynəlxalq təsisatlar çərçivəsində uğurlu iş birliyi bizi sevindirir. Gerçəkləşdirdiyimiz nəhəng enerji, nəqliyyat, infrastruktur layihələri ortaq təşəbbüslərimizin və birgə səylərimizin real təntənəsidir. İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın və sabitliyin bərqərar olmasına töhfə verir.

Keçən ilin iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım idi. Bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoymuşdur.

Əziz Qardaşım,

Dünyada bərabəri olmayan, dostluq və qardaşlığın ən gözəl nümunəsi olan Azərbaycan-Türkiyə münasibətlərinin, müttəfiqliyinin inkişafı və möhkəmlənməsində Sizin xidmətləriniz əvəzsizdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik.

Əminəm ki, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaqdır.

Sizi bu əlamətdar tarixi ildönümü münasibətilə bir daha səmimiyyətlə təbrik edir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Şimali Koreya ABŞın sanksiyalarına daha qəti cavab verəcəyini bildirib like
  • 14 Yan 09:05  
Dünya Şimali Koreya ABŞın sanksiyalarına daha qəti cavab verəcəyini bildirib

Şimali Koreya ABŞ-ın Pxenyana qarşı yeni sanksiyalar tətbiq etməsindən s

arrow Ətraflı
İtaliyada taun səbəbilə ov etmək qadağan edilib like
  • 14 Yan 09:00  
Dünya İtaliyada taun səbəbilə ov etmək qadağan edilib

Donuzlarda Afrika taunu xəstəliyi ilə əlaqədar İtaliyanın bir neçə böl

arrow Ətraflı
Almatıda qanunsuz aksiyaların 2 mindən çox iştirakçısı saxlanılıb like
  • 14 Yan 08:57  
Dünya Almatıda qanunsuz aksiyaların 2 mindən çox iştirakçısı saxlanılıb

Qazaxıstanın Almatı şəhərində qanunsuz aksiyalarda iştiraka, talançıl

arrow Ətraflı
ABŞ digər ölkələrə qarşı sanksiyaların effektiv olmadığını etiraf edib like
  • 14 Yan 08:54  
Dünya ABŞ digər ölkələrə qarşı sanksiyaların effektiv olmadığını etiraf edib

ABŞ-ın digər ölkələrə qarşı sanksiyaları heç də həmişə məqsədl

arrow Ətraflı
Türkiyənin sayəsində...  Rəcəb Tayyib Ərdoğan like
  • 14 Yan 08:51  
Dünya Türkiyənin sayəsində... Rəcəb Tayyib Ərdoğan

Türkiyə Avropa İttifaqı ilə fəal dialoqun tərəfdarıdır. Bununla belə,

arrow Ətraflı
Toşiki Kayfu vəfat edib like
  • 14 Yan 08:48  
Dünya Toşiki Kayfu vəfat edib

Yaponiyanın keçmiş baş naziri Toşiki Kayfu 91 yaşında vəfat edib.

arrow Ətraflı
Piyadanı maşın vuraraq öldürüb like
  • 14 Yan 08:46  
Digərləri Piyadanı maşın vuraraq öldürüb

Xaçmaz rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Oğlu tərəfindən balta ilə xəsarət yetirilən qadın dünyasını dəyişib like
  • 14 Yan 08:44  
Kriminal Oğlu tərəfindən balta ilə xəsarət yetirilən qadın dünyasını dəyişib

Xaçmazda oğulu tərəfindən balta ilə xəsarət yetirilən Sənəm Sultanova

arrow Ətraflı
Avropanın yeraltı qaz ehtiyatları 50 %dən aşağı düşüb like
  • 14 Yan 08:42  
Digərləri Avropanın yeraltı qaz ehtiyatları 50 %dən aşağı düşüb

Avropada yeraltı anbarlardakı qaz ehtiyatlarının səviyyəsi 50 faizdən aş

arrow Ətraflı
Türkiyəli kişi azərbaycanlı arvadını axtarır like
  • 14 Yan 08:27  
Digərləri Türkiyəli kişi azərbaycanlı arvadını axtarır

Türkiyəli kişi onu aldadan azərbaycanlı həyat yoldaşını axtarır.

arrow Ətraflı
"XızıAbşeron" külək stansiyası Azərbaycanın yaşıl enerjiyə keçidində mühüm addımdır like
  • 14 Yan 08:24  
Digərləri "XızıAbşeron" külək stansiyası Azərbaycanın yaşıl enerjiyə keçidində mühüm addımdır

Son illərdə qlobal iqlim çağırışları, dünyanın aparıcı ölkələrini

arrow Ətraflı
Hollandiyada COVID19 məhdudiyyətləri yüngülləşdirilir like
  • 14 Yan 08:20  
Dünya Hollandiyada COVID19 məhdudiyyətləri yüngülləşdirilir

Koronavirusun "omicron" variantı səbəbindən pandemiyanın yeni dal

arrow Ətraflı
“Pərvinin meyiti evdə olaola, anamı ad gününə apardım” like
  • 14 Yan 08:16  
Kriminal “Pərvinin meyiti evdə olaola, anamı ad gününə apardım”

Ötən ilin fevralın 19-da Gəncədə ondan ayrılmaq istəyən sevgilisini öl

arrow Ətraflı
Bakıda prospektdə piyadanı avtomobil vurub like
  • 14 Yan 08:08  
Digərləri Bakıda prospektdə piyadanı avtomobil vurub

Aeroport şossesində yol qəzası zamanı bir nəfər xəsarət alıb.

arrow Ətraflı