Oğlu tərəfindən balta ilə xəsarət yetirilən qadın dünyasını dəyişib


Kriminal 14 Yan 2022 08:44:00 197 0

Oğlu tərəfindən balta ilə xəsarət yetirilən qadın dünyasını dəyişib

Xaçmazda oğulu tərəfindən balta ilə xəsarət yetirilən Sənəm Sultanova dünyasını dəyişib.

Son.az xəbər verir ki, bu barədə APA-ya bildirilib.

S.Sultanova ötən gün müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi.

Xatırladaq ki, Xaçmazda oğul anasına balta ilə xəsarət yetirib.

Hadisə rayonun Əzizli kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona baş və sifətin kəsilmiş-deşilmiş yarası, kəllə-beyin travması diaqnozu qoyulub.