ABŞ digər ölkələrə qarşı sanksiyaların effektiv olmadığını etiraf edib


Dünya 14 Yan 2022 08:54:00 220 0

ABŞ digər ölkələrə qarşı sanksiyaların effektiv olmadığını etiraf edib

ABŞ-ın digər ölkələrə qarşı sanksiyaları heç də həmişə məqsədlərə çatmaqda kömək etmir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ağ Evdə keçirdiyi brifinq zamanı söyləyib.

O, qeyd edib ki, bəzi hallarda sanksiyalar qoyulan məqsədlərə çatmaqda yardımçı olmur.

Bununla belə, Sallivan bildirib ki, İran sanksiyalar səbəbindən nüvə proqramı ilə bağlı sazişlər bağlamağa razılaşıb.