Məzar daşlarının yoxa çıxdığı qəbiristanlığa gizli kamera qoydu: Görüntüləri izləyəndə dəhşətə gəldi FOTO


Digərləri 14 Yan 2022 00:22:00 118 0

Məzar daşlarının yoxa çıxdığı qəbiristanlığa gizli kamera qoydu: Görüntüləri izləyəndə dəhşətə gəldi  FOTO

Türkiyənin Trabzon şəhərindəki qəbiristanlıqlarda məzar daşlarının yoxa çıxması insanlarda şok effekti yaradıb.

Son.az metbuat.az-a istinadən xəbər verir ki, 1 ildir baş verən oxşar hadisələr yerli sakinləri hərəkətə keçirib. Onlar məsələ barədə polisə məlumat veriblər. Polis hadisəni müəyyən etmək üçün qəbiristanlıqlarda kameralar yerləşdirib. Məlum olub ki, hadisə oğru tərəfindən törədilib.

Oğru qəbiristanlıqların birində oxşar hadisəni törətməyə çalışarkən kameralar tərəfinən lentə alınıb. Nəticədə onun kimliyi müəyyən edilərək saxlanılıb. Məlum olub ki, hadisəni törədən şəxs mərmər ustası imiş. O, məzar daşları üzərində adları silərək, yenidən satırmış.