Bu insanlar hər gün 3 alma və 2 pomidor yeməlidir


Digərləri 13 Yan 2022 23:01:00 154 0

Bu insanlar hər gün 3 alma və 2 pomidor yeməlidir

Siqaret çəkmək ağciyərin sağlamlığına ciddi ziyan vurur, ağciyər xəstəliklərinin və o cümlədən ağciyər xərçənginin inkişafına səbəb olur.

Cons Hopkins Universitetinin (ABŞ) alimləri siqaretlərin orqanizmə və xüsusilə ağciyərə olan mənfi təsirinin azaltmağının yollarını araşdırıb.  

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, eksperimentlər zamanı alimlər müxtəlif qida və içkilərdən istifadə edirdi. Nəticədə məlum olub ki, hər gün 3 alma və 2 pomidor yeməklə siqaret çəkməyin ağciyərin sağlamlığına olan mənfi təsiri azalmaq, ağciyərdə gedən patoloji prosesləri ləngitmək mümkündür.

Həmçinin məlum olub ki, 3 alma və 2 pomidorun gündəlik istehlakı siqaret çəkməyən insanlara da ağciyəri möhkəmləndirməyə kömək edir.

Alimlər bütün bunları alma və pomidorun tərkibində olan faydalı maddələrin olması ilə izah edir.