Moskvada oteldə liftin düşməsi nəticəsində


Dünya 13 Yan 2022 23:13:00 142 0

Moskvada oteldə liftin düşməsi nəticəsində

Moskvada oteldə liftin düşməsi nəticəsində iki nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, lift personal üçün nəzərdə tutulub və dünyasını dəyişən işçilər olub.

İlkin məlumata görə, liftə başqa adam olmayıb. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində işləyir, hadisənin səbəbləri araşdırılır.

Bildirilir ki, həyatını itirənlərdən biri liftin daxilində, digəri isə liftin üstündə təmir işləri ilə məşğul olub.