Ağstafada yol qəzasında 2 nəfər


Digərləri 13 Yan 2022 22:04:00 141 0

Ağstafada yol qəzasında 2 nəfər

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 1983-cü il təvəllüdlü X.Əsgərov və 1987-ci il təvəllüdlü B.Mansırova xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.