Sürücülərə xəbərdarlıq: Bakıda bu yollarda...


Digərləri 13 Yan 2022 22:06:00 126 0

Sürücülərə xəbərdarlıq: Bakıda bu yollarda...

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saatadək endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", məlumatda vurğulanıb.