Hepatit D nədir?


Digərləri 13 Yan 2022 22:35:00 151 0

Hepatit D nədir?

D hepatiti qaraciyərin virus xəstəliyidir.Xəstəliyin törədicisi insan orqanizmində virusun tək yox,digər infeksiya ilə birlikdə inkişaf etməsinə səbəb olur.D hepatiti xəstəliyə qoşulan ikinci infeksiya adətən B hepatiti olur.Bu da xəstəliyin gedişini daha da ağırlaşdırır.

Xəstəlik insana xəstə insanın şpirisindən istifadə edilən zaman yoluxur,ən çox narkomanlar arasında yayılıb.Bəzi hallarda cinsi yolla və anadan dölə də keçə bilir. Yoluxmanın baş vermə halları

* Donor qanı köçürülən adamlar(1-2% hallarda)D hepatit virus gəzdiricisidir.Təkrar qan köçürülməyə məruz qalan adamlar xəstəliyə yoluxmaq üçün risk altındadırlar.

* Başqasının şpirisindən istifadə edən adamlar da B və D virusuna yoluxmaq üçün risk altında olanlardır.

* D virusu daşıyanla cinsi ılaqədə olmaq xəstəliyin yoluxma səbəblərindən biridir.

* D hepatitinə yoluxan qadının hamilə qalması dünyaya gələn körpənin xəstə doğulmasına səbəb olur.

* Tatuaj etdirən,iynə terapiyası götürən adamlar D hepatitinə yoluxmaq üçün risk altında olanlardan sayılır.

* 40% hallarda xəstəliyin baş vermə səbəbi məlim olmur.

Əksər hallarda D virus hepatiti B virus hepatiti ilə birlikdə baş verir.Xəstəlik yoluxduğu andan 1-6 ay müddətində patoloji əlamətlərini inkişaf etdirir.Xəstəlik ağır infeksiya xəstəliyi sayılır və qara ciyərin sirrozu ilə nəticələnir.D hepatitinin əlamətlərinin həkimlər xəstəliyin əlamətləri tam inkişaf etdiyi zaman aşkar edirlər.Bu zaman isə müalicə fayda vermir və xəstəlik bədxassəli xarakter daşıyır.

Diaqnoz

D hepatitinin diaqnozunu infeksionist həkim qoyur.Diaqnozun qoyulmasını laborator analizlər və qanın biokimyıvi göstəriciləri təsdiqləyir.