Bəzək üçün xaç taxmaq olar?


Digərləri 13 Yan 2022 22:50:00 108 0

Bəzək üçün xaç taxmaq olar?

Xeyr, taxa bilməz. Çünki xaç işarəsi bir dinin - xristianlığın simvoludur. Müsəlman bir insan hansı məqsədlə olursa olsun, başqa bir dini təmsil edən simvolları boynuna taxa bilməz. Peyğəmbərimiz Muhəmmədin (s. a. v.) dövründə Ədiyy ibn Xətm adlı bir şəxs boynuna taxılı qızıl bir xaçla peyğəmbərin yanına daxil oldu. Peyğəmbər ona:

"Ədiyy! At o putu, - dedi. ((Tirmizi, Təfsirul-Quran, 10.))

Buna əlavə olaraq peyğəmbərimizin bu hədislərini də unutmamaq lazımdır:

"Kim bir qövmə oxşasa, artıq o da onlardandır". ((Əbu Davud, Libas, 4.))