Xaçmazda oğul anasını baltaladı


Kriminal 13 Yan 2022 19:32:00 168 0

Xaçmazda oğul anasını baltaladı

Xaçmazda oğul anasına balta ilə xəsarət yetirib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Əzizli kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona baş və sifətin kəsilmiş-deşilmiş yarası, kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin məlumata görə, hadisəni qadının oğlu anası ilə münaqişə zəminində yetirib.