Çində 5 nəfər quş qripinə yoluxdu


Dünya 13 Yan 2022 20:02:00 150 0

Çində 5 nəfər quş qripinə yoluxdu

Çində yüksək patogenli H5N6 quş qripi virusuna beş yeni yoluxma halı qeydə alınıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Honq-Konq səhiyyə orqanları məlumat yayıb.

İnfeksiya ev quşları ilə təmasda olan Sıçuan əyalətinin iki sakinini öldürüb. Çinin şərqindəki Zhejiang əyalətinin Hançjou şəhərinin sakini də virusa yoluxub. Onun vəziyyəti həkimlər tərəfindən kritik qiymətləndirilir.

Daha iki xəstə - cənub Quanksi Çjuanq Muxtar Bölgəsinin sakinləri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.