"Volkswagen" Çində iki zavodunu bağladı


Digərləri 13 Yan 2022 20:54:00 104 0

"Volkswagen" Çində iki zavodunu bağladı

Almaniyanın "Volkswagen" avtomobil konserni və onun çinli tərəfdaşı FAW Çinin Tyantszin şəhərində koronavirusun yayılması ilə əlaqədar iki zavodun fəaliyyətini müvəqqəti dayandırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniya şirkətinin bəyanatında deyilir.

Qeyd olunub ki, həmin zavodlarda FAW-Volkswagen avtomobillərinin, eləcə də avtomobil komponentlərinin istehsalı dayandırılır.

Zavodların fəaliyyətinin nə zaman bərpa olunacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Tyantszin şəhərində son iki gün ərzində 70-dən çox yoluxma qeydə alınıb.