Üstündən yarım kilo heroin və marixuana çıxdı FOTO


Kriminal 13 Yan 2022 19:06:00 236 0

Üstündən yarım kilo heroin və marixuana çıxdı  FOTO

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Heybət Heybətov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman yarım kiloqrama yaxın marixuana və kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.