Avropa səmasında boş təyyarələr: Avropa Komissiyasından qaydaları dəyişdirməyi xahiş edirlər


Dünya 13 Yan 2022 18:42:00 164 0

Avropa səmasında boş təyyarələr: Avropa Komissiyasından qaydaları dəyişdirməyi xahiş edirlər

Tamamilə boş təyyarələr Avropanın səmasında uçur: omikrona görə sərnişinlər rezervasiyaları ləğv edir, lakin təyyarələr uçmağa məcbur olur - əks halda onlar hava limanındakı yerlərini itirəcəklər.

Son.az aviatravel.az-a istinadən bildirir ki, bir neçə Aİ ölkəsi Avropa Komissiyasını qaydaları dəyişdirməyə çağırır, buna görə də, məsələn, Brussels Airlines yaxın aylarda 3 min "məcburi" boş reys, Lufthansa kimi nəhəng isə 18 min uçuş planlaşdırıb.

Georges Gilkine, Belçikanın Mobillik Naziri:

"Artıq koviddən əziyyət çəkən aviaşirkətlər üçün boş uçuşlar ekoloji və iqtisadi baxımdan cəfəngiyatdır. Avropa Komissiyasına məktub göndərmişəm, lakin hələ ki, cavab almamışam. Komissiyadan qaydaları dəyişdirməyi xahiş etdim ki, boş təyyarə qalmasın".

Avropa qaydalarına əsasən, aviaşirkətlər uçuş və ya eniş üçün hava limanından vaxt intervalı alırlar və bu intervaldan istifadə edilmədikdə, başqa daşıyıcıya satıla bilər. 

Maayke Andris, Brussel Airlines nümayəndəsi: