Sürücülərin qış rejiminə keçməsi tövsiyə edilir Nəqliyyat eksperti


Digərləri 13 Yan 2022 17:42:00 139 0

Sürücülərin qış rejiminə keçməsi tövsiyə edilir  Nəqliyyat eksperti

Azərbaycanda qış o qədər sərt olmasa da sürücülərın qış rejiminə keçməsi tövsiyə edilir.

Bunu Trend-ə açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, birinci növbədə sürücülərin avtomobillərin təkərlərini dəyişərək, qış təkərinə keçməlidirlər:

"Vaxtında avtomobillərə düzgün texniki baxış keçirilərsə, lazım olan əlavə tədbirlər görülərsə, qış fəsli sürücülər üçün problem yaratmaz. Sürücülərin avtomibillərini diaqnostika etmədən yola çıxmaması tövsiyə olunur. Çünki belə olduqda həm özlərinin, həm də başqlarının həyatlarını təhlükə altında qoya bilərlər", - E.Cəfərov deyib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 13-ü axşamdan şimal-qərb küləyinin güclənəcəyi, havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, yüksək ərazilərdə qar yağacağı, dağlıq və dağətəyi rayonlarda şaxtalı hava şəraitinə görə yolların buz bağlayacağı bildirilir.