Nazarbayevin qızı danışdı "atam çoxlu mesajlar alır”


Dünya 13 Yan 2022 17:48:00 154 0

Nazarbayevin qızı danışdı  "atam çoxlu mesajlar alır”

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva ilk dəfə İnstaqram səhifəsində ölkədəki iğtişaşlara münasibət bildirib.

Son.az xəbər verir ki, Nazarbayeva müraciətində ölkədə baş verənləri faciəvi hadisələr adlandırıb, həmçinin bütün həlak olanların ailələrinə başsağlığı verib. "Hamımız üçün bu amansız dərs tariximizdə sonuncu olsun. İnsanların dinc vaxtda ölməsi yanlışdır", - deyə o vurğulayıb.

Bundan əlavə, keçmiş prezidentin qızı atasına verdiyi dəstəyə görə Qazaxıstan vətəndaşlarına təşəkkür edib. Onun sözlərinə görə, Nazarbayev "müxtəlif regionların sakinlərindən çoxlu mesajlar alır". O, Qazaxıstana sülh və firavanlıq, Qazaxıstan xalqına isə firavanlıq və cansağlığı arzulayıb.

Anar Əli Son.az