Bakıda istismara tam yararsız binaların sayı açıqlandı


Digərləri 13 Yan 2022 17:52:00 148 0

Bakıda istismara tam yararsız binaların sayı açıqlandı

Bakıda istismara tam yararsız binaların sayı açıqlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinən məlumat verilib.

Bildirilib ki, hazırda Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı departamentinin balansında 11 minə yaxın çoxmənzilli yaşayış binası mövcuddur.

"Bu binalardan 98-i istismara tam yararsız vəziyyətdədir. Həmin binaların yararsız olması barəsində bizə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib. Rəyə əsasən, Nazirlər Kabinətinə müraciət edilib", - deyə məlumatda qeyd olunub.