Tibb xidmətlərinin ƏDVdən azad edilmə müddəti artırıldı


Digərləri 13 Yan 2022 15:50:00 110 0

Tibb xidmətlərinin ƏDVdən azad edilmə müddəti artırıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiq edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti 2023-cü il yanvarın 1-dək artırılıb.

Qeyd edək ki, dəyişikliyə qədər bu müddət 2022-ci il yanvarın 1-dək göstərilirdi.