Qəzəblənən fil sərnişin avtobusunun pəncərəsini sındırdı VİDEO


Dünya 13 Yan 2022 15:54:00 141 0

Qəzəblənən fil sərnişin avtobusunun pəncərəsini sındırdı  VİDEO

Hindistanın Odişa ştatının Mayurbhanc rayonunda qəzəbli fil sərnişin avtobusunu təqib edərək pəncərəsini sındırıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri yerli media tərəfindən yayımlanıb.

Sərnişin avtobusu Balasore şəhərindən hərəkət edərək Tikarpada Vəhşi Təbiət Qoruğunun yaxınlığından keçib. Birdən yolda tənha bir fil peyda olub.

O, avtobusun arxasınca qaçaraq nəqliyyat vasitəsini itələyib və pəncərəsini sındırıb. Heyvanın hərəkəti sərnişinləri qorxuya salsa da, onlardan heç biri xəsarət almayıb.

"Biz filin avtobusu aşıracağını düşündük. Hamı çox qorxdu", - deyə videonun müəllifi bildirib.

Heyvanın avtobusa hücumu hadisənin şahidi olan yaxınlıqdakı kənd sakini tərəfindən lentə alınıb.