"Bu, Avropanın enerji təhlükəsizliyinin vacib elementidir"


Digərləri 13 Yan 2022 14:36:00 96 0

"Bu, Avropanın enerji təhlükəsizliyinin vacib elementidir"

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli telekanallara müsahibəsində bəyan edib ki, bu il ölkə təxminən 19 milyard kubmetr qaz ixrac edəcək. Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Bütövlükdə Azərbaycanda 45 milyard kubmetr qazın hasilatı gözlənilir. Ölkənin qaz potensialı həm müəyyən həcmi ixrac etməyə, həm də daxili tələbatı ödəməyə imkan verir. "Cənub Qaz Dəhlizi"nə qoşula bilən interkonnektorlar Azərbaycan qazını daha geniş coğrafiyaya çıxarmağa qadirdir. Avropadakı qaz böhranı fonunda "Cənub Qaz Dəhlizi"nin Avropanın enerji təhlükəsizliyi və enerji şaxələndirilməsinə əhəmiyyəti daha da üzə çıxır.

ABŞ-ın Azərbaycandak sabiq səfiri Metyu Brayza Trend-ə deyib ki, "Cənub Qaz Dəhlizi" əlverişli qiymətlərlə etibarlı təbii qaz tədarükünün təmin olunması baxımından Avropa hökumətləri və özəl şirkətlər üçün həlledici əhəmiyyət daşıyır, bu isə həmin ölkələrə öz iqtisadiyyatını, suverenliyini və müstəqilliyini möhkəmləndirməyə kömək edəcək.

O qeyd edib ki, "Cənub Qaz Dəhlizi" ilə 6 milyard kubmetr qaz Türkiyəyə, 10 milyard kubmetr qaz Avropaya nəql olunur.

Amerikalı ekspert və analitik İrina Tsukerman hesab edir ki, yeni reallıqlar fonunda "Cənub Qaz Dəhlizi" Avropaya enerji daşıyıcıları tədarük edən digər ölkələrlə münasibətləri möhkəmləndirmək imkanı yaradacaq.

"Aİ enerji təchizatı baxımından digər ölkələrdən çox asılıdır, enerji daşıyıcılarının azı 54 faizi xarici mənbələrdən daxil olur. Azərbaycandan Avropaya marşrut üç boru kəmərindən ibarətdir. Cənubi Qafqaz, Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri. Bu marşrut "Şahdəniz" yatağından qaz tədarük edir. Layihə həm də ABŞ tərəfindən mühüm dəstək alıb", - deyə o bildirib.

Ekspert qeyd edib ki, Avropa bərpa olunan enerji mənbələrinə, xüsusilə də külək enerjisinə böyük diqqət ayırıb.

"Amma enerji siyasətinin düzgün idarə olunmaması, o cümlədən səmərəsiz bərpa olunan enerji mənbələrindən (külək turbinləri) istifadə və atom elektrik stansiyalarının bağlanması enerji təchizatında əlavə problemlər yaratdı və enerji asılılığını gücləndirdi. Enerji istehlakı, karbon tullantıları ilə bağlı qeyri-real hədəflər və enerji mənbələrinin şaxələndirilməsinin məhdudlaşdırılması faktiki olaraq Aİ-nin xarici mənbələrdən asılılığını artırdı və bu, enerji böhranına yol açdı. Bütün bu reallıqlar fonunda "Cənub Qaz Dəhlizi" Avropa üçün enerji daşıyıcıları tədarük edən digər ölkələrlə münasibətləri möhkəmləndirmək imkanı yaradır. Bərpa olunan enerrji mənbələrinə stabil çıxışın olmaması ilə əlaqədar qaz təchizatının əlçatanlığı Avropanın əlində olan yeganə seçimdir", - İ.Tsukerman deyib.

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələr regionun və Avropanın enerji xəritəsini formalaşdırır. Azərbaycanın əsas hədəfi enerji təhlükəsizliyini təmin etmək və qlobal inkişafa töhfə vermək, bununla da istehsalçı, tranzit və istehlakçı ölkələrlə sıx əməkdaşlığa nail olmaqdır. Özünün enerji siyasətində qlobal tendensiyaları nəzərə alaraq Azərbaycan hər zaman daxili, regional və qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin olunması məqsədini güdür. Bu məqsədin bariz nümunəsi olan "Cənub Qaz Dəhlizi" 2020-ci il dekabrın 31-də istismara verilib və Azərbaycan, onun qonşuları və Avropa üçün tarixi nailiyyət olub. Bu, Avropanın enerji təhlükəsizliyinin vacib elementidir və təkcə marşrutların deyil, həm də tədarük mənbələrinin şaxələndirilməsini təmin edir.

Çovğun olacaq, yollar buz bağlayacaq like
  • 13 Yan 14:34  
Digərləri Çovğun olacaq, yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında yaxın 2 gün ərzində güclü şimal-qər

arrow Ətraflı
"33 ölkənin adı keçən siyahıda Azərbaycan 18ci yerdədir" like
  • 13 Yan 14:24  
Digərləri "33 ölkənin adı keçən siyahıda Azərbaycan 18ci yerdədir"

Azərbaycanın yerüstü su ehtiyatlarının 30 faizi ölkə ərazisində, 70 fa

arrow Ətraflı
"Mən də sizin kimi olum bir az" like
  • 13 Yan 14:18  
Şou-biznes "Mən də sizin kimi olum bir az"

Müğənni Ayan Babakişiyeva sosial media hesabında tanışlarından gileylən

arrow Ətraflı
Bakı metropoliteni qarlışaxtalı günlərə hazırdır?  AÇIQLAMA like
  • 13 Yan 14:12  
Digərləri Bakı metropoliteni qarlışaxtalı günlərə hazırdır? AÇIQLAMA

Yanvar ayının 14-15-də paytaxtda hava şəraitinin dəyişəcəyi və bəzi y

arrow Ətraflı
Brilliant qalmaqallı sözləri Tünzaləyə yox, ona ünvanlayıbmış like
  • 13 Yan 14:06  
Şou-biznes Brilliant qalmaqallı sözləri Tünzaləyə yox, ona ünvanlayıbmış

Xalq artisti Brilliant Dadaşova qalmaqallı sözləri kimə ünvanladığını

arrow Ətraflı
Əli Həsənovun bacanağı apellyasiya şikayəti verməyib like
  • 13 Yan 14:02  
Digərləri Əli Həsənovun bacanağı apellyasiya şikayəti verməyib

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər ş

arrow Ətraflı
“ACWA Power” Xəzər dənizində də külək enerjisi hasil edəcək  FOTO like
  • 13 Yan 14:00  
Digərləri “ACWA Power” Xəzər dənizində də külək enerjisi hasil edəcək FOTO

240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməlqoyma

arrow Ətraflı
“Allaha üsyan edirəm ki, məni də öldür”  Xatunun atası  VİDEO like
  • 13 Yan 13:54  
Şou-biznes “Allaha üsyan edirəm ki, məni də öldür” Xatunun atası VİDEO

ARB-də yayımlanan  "O üz" proqramının növbəti buraxılışı m

arrow Ətraflı
İlham Əliyev: Bununla bağlı konkret planlarımız var like
  • 13 Yan 13:52  
Siyasət İlham Əliyev: Bununla bağlı konkret planlarımız var

Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkr

arrow Ətraflı
ATƏT bu məsələ üzrə tədbirləri gücləndirməlidir  Sədr like
  • 13 Yan 13:48  
Siyasət ATƏT bu məsələ üzrə tədbirləri gücləndirməlidir Sədr

ATƏT Qarabağ münaqişəsinin başa çatması fonunda Azərbaycanla Ermənista

arrow Ətraflı
Sabah Bakıya qar yağacaq like
  • 13 Yan 13:45  
Digərləri Sabah Bakıya qar yağacaq

Yanvarın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı