Öpərkən görüntülənmişdi, eşq iddialarını yalanladı


Şou-biznes 13 Yan 2022 15:18:00 169 0

Öpərkən görüntülənmişdi, eşq iddialarını yalanladı

Aktyor Rıza Kocaoğlu rejissor köməkçisi Burcu Alptekinlə ayrılıq iddialarına aydınlıq gətirib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ötən gün Cahangirdə görüntülənən aktyor ümumiyyətlə onunla münasibətdə olmadığını açıqlayıb. Daha əvvəl Burcunu öpərkən fotoları lentə alınan Rıza onunla yalnız dost olduğunu bildirib:

"Həyatımda eşq yoxdur. Burcu mənim sadəcə dostumdur".

Qeyd edək ki, "Çukur" serialında "Aliço" obrazına həyat verən Rıza hazırda "Üç kuruş"da rol alır.