Əli Həsənovun bacanağı apellyasiya şikayəti verməyib


Digərləri 13 Yan 2022 14:02:00 110 0

Əli Həsənovun bacanağı apellyasiya şikayəti verməyib

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun bacanağı Ədalət Vəliyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilməyib.

Son.az report-a istinadən xəbər verir ki, Ə.Vəliyevlə bağlı apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmayıb.

Xatırladaq ki, daha əvvəl cinayət işi üzrə təqsirləndirilən - ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və "Portos" MMC-nin rəhbəri Nadir Məmmədovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli 10 il 6 ay və N.Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum edilib, Ə.Vəliyevə isə şərti cəza verilib.

Hökmə əsasən, Ə.Vəliyevə məxsus Bakı şəhəri, Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti, 23 ev ünvanında yerləşən ümumi sahəsi 12 535,9 kv/m-dən ibarət olan, dəyəri 36 milyon manatlıq əmlakı və prokurorluğun depozit hesabına qoyulmuş 1 milyon manat pul vəsaiti müsadirə edilib.