Brilliant qalmaqallı sözləri Tünzaləyə yox, ona ünvanlayıbmış


Şou-biznes 13 Yan 2022 14:06:00 264 0

Brilliant qalmaqallı sözləri Tünzaləyə yox, ona ünvanlayıbmış

Xalq artisti Brilliant Dadaşova qalmaqallı sözləri kimə ünvanladığını açıqlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Deməsəm olmaz" proqramına bununla bağlı açıqlama verib.

Dadaşova deyib ki, həmin sözləri iddia edildiyi kimi Xalq artisti Tünzalə Ağayevaya yox, ona şərh yazan izləyiciyə olub. Belə ki, transparan koftası ilə gündəmə gələn ifaçının geyimini izləyicilərdən biri tənqid edib. Dadaşova ona yazılan "Nənə, babamız var, onu stilində geyinin" sözlərinə Mirzə Ələkbər Sabirin sözləri ilə cavab verib. 

Brilliant əlavə edib ki, Tünzalə ilə münasibətləri çox yaxşıdır. Hətta ifaçı Ağayevanın mahnılarından birini oxuduğunu da əlavə edib.