Azərbaycanlı aktrisa koronavirusa yoluxdu


Şou-biznes 13 Yan 2022 13:30:00 154 0

Azərbaycanlı aktrisa koronavirusa yoluxdu

Son günlər "Zəhər tuluğu" filmindəki obrazı ilə gündəmdə olan aktrisa Ləman Mərrih koronavirusa yoluxub.

Son.az olay-a istinadən xəbər verir ki, bir neçə gün öncə sənətçinin koronavirus testinin cavabı pozitiv çıxıb. Onun rol aldığı "Ata ocağı" serialının isə çəkilişləri dayandırılmayıb. Belə ki, hazırda Ləmanın yer almadığı səhnələr çəkilir.

Qeyd edək ki, L.Mərrih "Ata ocağı" serialında Könül obrazına həyat verir. Azərbaycan Dövlət Yuğ Teatrının aktrisası olan sənətçi bundan öncə "Ögey ana", "Könül yarası", "İmtahan" kimi seriallarda da oynayıb.