İlham Əliyev: Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib
Siyasət 13 Yan 2022 13:34:00 101 0
Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib.
Bu xəbəri də oxu: Moskva Vaşinqtonu üçüncü ölkələrdən nüvə silahlarını çıxarmağa
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı bildirib: "Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Beləliklə ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Ancaq onu da bilməliyik ki, ölkə sürətlə inkişaf edir. Keçən ilin yekunlarına görə, bizim neft və qazla bağlı olmayan, yəni qeyri-neft sənayemiz təxminən 20 faiz artıbdır. Ölkə əhalisi artır, tələbat artır. Ona görə təbii ki, biz yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir. Onu da bildirməliyəm ki, işğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Deyə bilərəm, aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Əlbəttə, biz çox istərdik ki, dost ölkələrin investorları, şirkətləri bu imkanları da araşdırsınlar və bizimlə bərabər bu böyük layihələrə start versinlər".
Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiym

Son günlər "Zəhər tuluğu" filmindəki obrazı ilə gündəmdə ol

"Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji t

İqtisadçı deputat Vüqar Bayramov bəzi bankların ilin əvvəlindən dollar

Dünyanın ən məşhur məşhur cütlüklərindən biri - Hollivud aktrisası M

Qeyri-qanuni sərnişin daşımaları bəzən qanuni fəaliyyət göstərən avt

Xəbər verdiyimiz kimi, əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər N

Göyçay şəhərini içməli su ilə təmin edən iki magistral boru kəmərind

Xalq artisti Emin Ağalarovla dünyaca məşhur müğənni Kanye Uestin əməkda

"Rubyyfrais" nik adlı "TikTok" istifadəçisi dodaq dolğus

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

Bakıda küçədə yatan azyaşlının görüntüsü yayılıb.

Ötən il "Qara dul" filmi ilə gündəmə gələn Skarlet Yohansonun

Zərdab rayonunda tanınmış el sənətçisi Aşıq Mütəllif vəfat edib.
