Prezident: Azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür


Siyasət 13 Yan 2022 13:38:00 79 0

Prezident: Azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür

İşğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: "İşğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Deyə bilərəm, aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Əlbəttə, biz çox istərdik ki, dost ölkələrin investorları, şirkətləri bu imkanları da araşdırsınlar və bizimlə bərabər bu böyük layihələrə start versinlər.

Onu da bildirməliyəm ki, Azərbaycan həm daxili tələbatı tam ödəyir, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Qonşu ölkələrlə bizi birləşdirən yüksəkgərginlikli enerji xətləri bu imkanı bizə yaradır, lazım olarsa, yeni xətlər də çəkilər. Çünki region ölkələrində və eyni zamanda, Avropada elektrik enerjisinə tələbat artır. Bəzi ölkələr nüvə elektrik stansiyalarının bağlanması ilə əlaqədar qərar qəbul ediblər, biz, eyni zamanda, kömürlə işləyən elektrik stansiyalarının bağlanması prosesini müşahidə edirik. Eyni zamanda, dünyanın demək olar ki, gündəliyinin ön sıralarında olan "Yaşıl gündəliyi" də təsdiq edilib və biz öz növbəmizdə işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini "yaşıl enerji" zonası elan etmişik. Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlarımız var".

Saatlıda 69 yaşlı kişi intihar edib like
  • 13 Yan 13:36  
Digərləri Saatlıda 69 yaşlı kişi intihar edib

Saatlı rayonunda intihar hadisəsi baş verib.

arrow Ətraflı
İlham Əliyev: Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib like
  • 13 Yan 13:34  
Siyasət İlham Əliyev: Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib

Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib.

arrow Ətraflı
Prezident: Bizim sözümüz imzamız qədər qiymətlidir like
  • 13 Yan 13:32  
Siyasət Prezident: Bizim sözümüz imzamız qədər qiymətlidir

Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiym

arrow Ətraflı
Azərbaycanlı aktrisa koronavirusa yoluxdu like
  • 13 Yan 13:30  
Şou-biznes Azərbaycanlı aktrisa koronavirusa yoluxdu

Son günlər "Zəhər tuluğu" filmindəki obrazı ilə gündəmdə ol

arrow Ətraflı
Banklar dolların alış qiymətini niyə artırıb? like
  • 13 Yan 13:24  
Digərləri Banklar dolların alış qiymətini niyə artırıb?

İqtisadçı deputat Vüqar Bayramov bəzi bankların ilin əvvəlindən dollar

arrow Ətraflı
Meqan Foks ərə gedir  VİDEO like
  • 13 Yan 13:18  
Şou-biznes Meqan Foks ərə gedir VİDEO

Dünyanın ən məşhur məşhur cütlüklərindən biri - Hollivud aktrisası M

arrow Ətraflı
Bir neçə rayona avtobusların hərəkəti dayandırılıb? like
  • 13 Yan 13:12  
Digərləri Bir neçə rayona avtobusların hərəkəti dayandırılıb?

Qeyri-qanuni sərnişin daşımaları bəzən qanuni fəaliyyət göstərən avt

arrow Ətraflı
DİNdən Bəhramın ironik videosu ilə bağlı açıqlama like
  • 13 Yan 13:06  
Digərləri DİNdən Bəhramın ironik videosu ilə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər N

arrow Ətraflı
Göyçayda su kəməri partlayıb, şəhərin yarısı susuz qalıb  FOTO like
  • 13 Yan 13:00  
Digərləri Göyçayda su kəməri partlayıb, şəhərin yarısı susuz qalıb FOTO

Göyçay şəhərini içməli su ilə təmin edən iki magistral boru kəmərind

arrow Ətraflı
Kanye ilə Eminin işbirliyi təsdiqləndi like
  • 13 Yan 12:54  
Şou-biznes Kanye ilə Eminin işbirliyi təsdiqləndi

Xalq artisti Emin Ağalarovla dünyaca məşhur müğənni Kanye Uestin əməkda

arrow Ətraflı
Bakıda gənc qız itkin düşüb like
  • 13 Yan 12:48  
Digərləri Bakıda gənc qız itkin düşüb

Bakıda gənc qız itkin düşüb.

arrow Ətraflı
Əməliyyatdan sonra simpsonlara bənzədi  VİDEO like
  • 13 Yan 12:42  
Dünya Əməliyyatdan sonra simpsonlara bənzədi VİDEO

"Rubyyfrais" nik adlı "TikTok" istifadəçisi dodaq dolğus

arrow Ətraflı
Komitə küçədə yatan azyaşlı ilə bağlı məlumat yaydı  FOTO like
  • 13 Yan 12:36  
Digərləri Komitə küçədə yatan azyaşlı ilə bağlı məlumat yaydı FOTO

Bakıda küçədə yatan azyaşlının görüntüsü yayılıb.

arrow Ətraflı